Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir E.İsmayılov/" Azersun Holding cari ilin sonu - gələn ilin əvvəlində tibbi ehtiyaclar üçün nəzərdə tutulan spirtin qablaşdırılması və satışına başlayacaq", - Azersun-un ictimaiyyətlə əlaqələr və sosial xidmətlər şöbəsinin rəhbəri Kazım Babayev çərşənbə axşamı bildirib.
"Zavodda istehsalın sınaq buraxılışı artıq həyata keçirilib, rəsmi açılış mərasiminə hazırlaşırıq", - Babayev bildirib.
Müəssisənin sutkalıq istehsal gücü 3 ton spirtə bərabərdir. Müəssisədə təmiz qida spirti istehsal edilir. Spirt, tibbi məqsədlər üçün satış çıxarıldıqdan sonra, qida spirti qismində realizə edilməyəcək.
Zavodda Almaniya istehsalı olan avadanlıq quraşdırılıb. Bu müəssisənin dəyəri təxminən 2 mln. avrodur.
Azersun Holding 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri çayın, bitki yağının qablaşdırılması, ticarət və distribüterlik, tikinti, bank işi, sığorta, karton-kağız məmulatlarının, ət və tərəvəz konservlərinin istehsalı, yüklərin daşınması və saxlanılmasından ibarətdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]