...

Azərbaycanın reklam bazarı dünya maliyyə böhranından zərər çəkməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2008 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Dünya maliyyə böhranı Azərbaycanın reklam bazarına təsir göstərməyib, - Reklamçılar Birliyinin rəhbəri Hacıəmi Atakişiyev hesab edir.

"Bu gün Azərbaycanın reklam bazarı ilin əvvəlindəki səviyyədə işini davam etdirir", - Atakişiyev bazar ertəsi bildirib.

Onun sözlərinə görə, şirkətlərin reklam xərclərinin maliyyələşdirilməsi üzrə büdcəsi martdan - marta müəyyən edildiyindən, Azərbaycanın bazarı dünya maliyyə böhranından zərər çəkməyib. Beləliklə, böhranın təsiri yalnız gələn ilin əvvəlində aşkar ediləcək.

"Düşünürəm ki, bu gün reklam biznesinin inkişafına  yeganə təsiri bazarda böhranadək reklama pul yatırmağı planlaşdıran, lakin bu gün vəsait çatışmazlığı ilə əlaqədar bu fikirdən imtina edən yeni oyuçuların daxil olmaması göstərir", - Atakişiyev bildirib.

Azərbaycanda reklama yatırılan sərmayələrin orta illik həcmi bir milyondan üç milyon manatadəkdir.

Azərbaycanın Reklamçılar Birliyi 1996 - cı ildə yaradılıb və beynəlxalq seminar, forumlarda iştirak edən, xarici həmkarları ilə əlaqə saxlayan ictimai təşkilatdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti