...

Türkiyə və İran Azərbaycanla güzəştli ticarət rejimi istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir lər N.İsmayılova, İ.Xəlilova/ Türkiyə və İran Azərbaycanla güzəştli ticarət rejimi haqqında saziş bağlamaq niyyətində olduqlarını elan ediblər, - çərşənbə axşamı ölkə hökumətindən bildiriblər.

Norveç 2008 - ci ilin əvvəlindən Azərbaycana münasibətdə güzəştli ticarət rejimi tətbiq edir. Bu , ölkənin Mərkəzləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması nəticəsində mümkün olub. Rəsmi Bakı ümd edir ki, ABŞ da analoji addım atacaq və bununla əlaqədar , yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarının GSP Proqramına qoşulmaq üçün müvafiq müraciət artıq göndərilib.

Azərbaycanın ÜTT-yə daxil olması və milli qanunvericiliyin beynəlxalq ticarət qaydaları ilə uyğun vəziyyətə gətirilməsi prosesində ölkənin inkişafda olan ölkələrə qarşı tətbiq edilən GSP Proqramına qoşulması A zərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında əsas vasitələrdən biri kimi çıxış edir. Bu sistem , siyahı üzrə müəyyən edilmiş mallarını inkişaf etmiş ölkələrə aşağı rüsmlarla və hətta rüsumların ödənişindən 100 faiz azad edilməklə ixrac etməyə imkan verir

Aİ - dən başqa daha on ölkə GSP-ni təqdim edir. Azərbaycan Avropa İttifaqı, Kanada, Yaponiya, Türkiyə, Norveç və İsveçrənin preferensiyalar sisteminə daxil edilib. Lakin bizim ölkəmiz hazırda Avstraliya, Yeni Zelandiya və ABŞ -ın GSP Proqramlarından istifadə edə bilməz. Birləşmiş Ştatlar bizim üçün böyük əhəmiyyət kəsb edir. Rusiya və Belarus kimi inkişafda olan ölkələr də GSP təqdim edirlər. Lakin bu ölkələrlə münasibətlərdə azad ticarət rejimi tətbiq olunduğu ndan, hansısa üstünlüklərə heç bir zərurət yoxdur.

Türkiyə ilə də əməkdaşlıq və vasitəçilik haqqında saziş bağlanılıb.

"Azərbaycanın qeyri - neft sektorunda ixrac potensialının formalaşma mərhələsində olması ilə əlaqədar, bu sazişlərin imzalanması Azərbaycanın ixracında diversifikasiya əldə edildikdən sonra daha məqsədyönlü hesab edilir", - hökumətdən bildiriblər.

Azərbaycanın ikitərəfli ticari - iqtisadi qarşılıqlı münasibətləri üzrə hüquqi - müqavilə bazasının genişləndirilməsi üçün , indiyədək Türkiyə, İran, Gürcüstan, Moldova, Qazaxıstan, Tacikistan, Litva, Makedoniya, İraq, Bosniya, İsveç, Bruney, Filippin, Küveyt, Xorvatiya, Kuba, Mavritaniya və digər ölkələrlə sənədlər işlənilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti