...

Azərbaycanın bankları ortamüddətli inkişaf perspektivlərinə yenidən baxacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2008 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın əksər bankları ortamüddətli strategiyalarına yenidən baxmağa məcburdurlar, belə ki, dünya maliyyə böhranı şəraitində onlar daha düşünülmüş siyasət aparmağa başlayıblar, - ölkənin bank dairələrindən çərşənbə günü bildiriblər.

"Bütün riskləri nəzərə almaqla, yaranmış vəziyyətdə həm kreditləşdirmə, həm də vəsaitlərin cəlb edilməsində addımlarımızı balanslaşdırılmış qurmağa çalışacağıq, - Azerdemiryolbank-ın İdarə Heyəti sədrinin müavini Şahin Mirzəyev bildirib. Bununla əlaqədar, güman edirəm ki, banklar gələn ilin büdcəsini formalaşdırarkən tarif siyasətlərinə yenidən baxacaqlar".

Onun sözlərinə görə, Azərbaycan Milli Bankı uçot dərəcəsini əvvəlcə 12 faiz, sonra 10 faizədək azaltdıqdan sonra, Azerdemiryolbank tarif siyasətini dəyişməyib və hələ bazarı öyrənir.

"Gələn ildən kreditləşdirmə dərəcələrində cüzi (illik 1-2 faiz) dəyişiklik ola bilər;bizim dərəcələrimiz digər banklarda olduğundan aşağıdır, - Mirzəyev bildirib. İnflyasiya gedən şəraitdə riskləri nəzərə alaraq, borclananları daha diqqətlə seçməliyik. Ola bilsin, vəsaitləri məhsulların daha baha  olduğu kreditləşdirmə sahələrinə yönəldəcəyik. O zaman dərəcələrin artması baş verəcək".

Bu gün bankın kredit portfeli 174 mln. manat (lizinq əməliyyatları nəzərə alınmaqla) təşkil edir. Azerdemiryolbank ilin yekunlarına görə, 2008-ci ilin büdcəsinin qabaqlama ilə yerinə yetiriləcəyini gözləyir.

Azərbaycan Milli Bankının oktyabrın 31-də uçot dərəcəsini 10 faizədək azaltması Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzvü olan banklardan depozitlər üzrə faiz dərəcələrini azaltmağı tələb edir. Əmanətlərin sığortalanması haqqında Qanunun tələblərinə müvafiq olaraq, Milli Bankın uçot dərəcəsini 1,8 dəfədən çox ötməyən dərəcələr üzrə cəlb edilmiş əmanətlər - faiz dərəcəsi 18 faizi ötməyən əmanətlər sığortalanır.

Digər banklarda aparılan sorğu da, depozitlərin faiz dərəcələrində dəyişikliklərin gələn ildən tez olmayaraq nəzərdən keçiriləcəyini göstərir. Banklar depozit dərəcələrinin dəyişdirilməsinə gələn il üzrə strategiyaları çərçivəsində baxacaqlar.

Lakin Bank Standard-dan bildiriblər ki, bank yaxın vaxtlarda depozitlərin faiz dərəcəsini artırmaq niyyətindədir. İndi bankın depozitlər üzrə maksimal faiz dərəcəsi illik 14 faiz təşkil edir.

Azerdemiryolbank-dan bildiriblər ki, avqustda faiz dərəcələri artırıldıqdan sonra, iki il üçün maksimal dərəcə 18,75 faizə bərabər olub. Bu dərəcə 18 faizdən çox olsa da, yaxın perspekitvdə depozit dərəcələrini yenidən nəzərdən keçirmək və azaltmaq gözlənilmir.

Kapital Bank-dan bildiriblər ki, bank depozit dərəcələrinin dəyişdirilməsi məsələsini nəzərdən keçirmir .Bankın dərəcəsi 14-15 faiz civarında dəyişir ki, bu da Milli Bankın şərtlərinə uyğundur.

Atra Bank-dan bildiriblər ki, bank depozitlər üzrə faiz dərəcələrinin dəyişdirilməsi imkanlarını yalnız gələn ilin əvvəlində nəzərdən keçirəcək. Bankda depozitlər üzrə cari maksimal dərəcə illik 16 faizə bərabərdir.

Royal Bank of Baku-dan yaxın perspekitvdə depozitlər üzrə dərəcələrin dəyişdiriləcəyini təkzib edirlər.

NBC Bank- dan bildiriblər ki, bank depozitlər üzrə faiz dərəcələrini sentyabrda artırıb və hazırda maksimal dərəcə 21 faizə bərabərdir. Bu isə, Əmanətlərin Sığortalanması haqqında Qanunun tələblərinə uyğun deyil. Bu məsələnin müzakirəsi üçün növbəti həftənin bazar ertəsi bankda rəhbərliyin iştirakı ilə toplantı keçiriləcək.

ADIF cari ilin avqustun 13-də fəaliyyətə başlayıb. Bu gün Azərbaycanın 37 bankı onun üzvüdür. Ümumilikdə ölkədə 45 bank fəaliyyət göstərir və Qanuna görə, hər bir bank, Fondun standartlarına uyğun olmaqla, onun üzvü olmalıdır.

Noyabrın 5-nə olan cari mübadilə məzənnəsi -- 0,8078 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti