...

Beynəlxalq təkrarsığorta müqavilələrinin olmaması Azərbaycanın sığorta şirkətini dünya maliyyə böhranından qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Dünya maliyyə böhranı Azərbaycanın "Qarant Sigorta" şirkətinin fəaliyyətinə təsir göstərməyib, belə ki, o, xarici sığorta və təkrar sığorta şirkətləri ilə istiqraz vərəqələri üzrə təkrar sığorta müqavilələri bağlamayıb və yalnız fakultativ risklər yerləşdirib", - deyə bazar ertəsi Şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.

" "Qarant Sigorta"nın portfeli balanslaşdırılıb, kiçik və orta müəssisələr, fiziki şəxslərlə müqavilələrdən ibarədir. Nizamnamə kapitalı belə riskləri özündə saxlamamağa imkan verir. Şirkətimizin maliyyə stabilliyini saxlamaq məqsədilə, milli sığorta şirkətləri ilə əməkdaşlıq edərək, risklərimizi təkrarən sığortalayırıq", - deyə Həsənov bildirib.

Yerli bankların kreditləşməni qismən dayandırmasının biznesə təsirini şərh edən Həsənov qeyd edib ki, "Qarant Sigorta" ilin əvvəlində satışı planlaşdıraraq, bankların kredit portfelinə bel bağlamayıb və buna görə, banklarla sıx əməkdaşlıq edən şirkətlərin yaşadıqları problenmlərlə üzləşməyib.

Azərbaycanın sığorta bazarının inkişaf lokomotivi avtomobil sığortaları deyil, banklardır və avtomobil sığortaları üzrə sazişlərin maksimum 30 faizi kredit dövrü bitdikdən sonra bərpa olunur.

"O zaman sığorta şirkətləri bu rəqəmləri 80 faizədək çatdırmağı öyrənəcəklər və cəsarətlə təsdiq etmək olacaq ki, avtomobil sığortaları bazarın inkişaf lokomotividir", - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, şirkətlərin artım tempinə təsir cüzi olarcaq və şirkətlərin yalnız bankların kredit portfeli hesabına formalaşan ayrıca satış növlərinə təsir göstərəcək.

Bəzi şirkətlərin, gəlirlərin azalması ilə bağlı, gələn ilin strateji planını yenidən nəzərdən keçirməsindən danışan Həsənov bildirib ki, "Qarant Sigorta" formalaşmaqda davam edir və azalmaya heç bir əsas yoxdur.

"Qarant Sigorta" şirkəti 2007- ci ilin noyabrında Azərbaycan Maliyyə Nazirliyindən sığorta fəaliyyəti barədə lisenziya alıb. "Qarant Sigorta" ZQAN Holdings-in tərkibinə daxildir. Şirkətin Nizamnamə kapitalı dörd mln. manat təşkil edir. Şirkət sığortanın 18 könüllü və dörd icbari növü üzrə xidmət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti