...

Kiyev - Bakı - Kiyev marşrutu üzrə əlavə aviareys açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir E.İsmayılov/ "2009-cu ilin yayında Ukraynanın "Aerosvit" aviaşirkəti əlavə "Kiyev - Bakı - Kiyev" marşrutunu açacaq", - Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk çərşənbə axşamı bildirib.

"Qışda beş reys həyata keçiriləcək  - üçü "Aerosvit" şirkəti, ikisi AZAL şirkəti tərəfindən. Düşünürəm ki, gələn ilin yayında "Aerosvit" daha bir reys əlavə edəcək", - Klimçuk bildirib.

Ukraynanın "Aerosvit" şirkəti Kiyev - Bakı - Kiyev reysini çərşənbə, cümə və bazar günləri Bakı vaxtı ilə saat 09.00 - da həyata keçirir. Bir tərəfə biletlərin qiyməti 211 manat, iki tərəfə - 340 manatdır, - şirkətdən bildiriblər.

AZAL aviaşirkəti Bakı - Kiyev - Bakı reyslərini bazar günü və cümə axşamı Bakı vaxtı ilə saat 09.45 - də həyata keçirir. Bir tərəfə biletlərin qiyməti 206 manat, iki tərəfə 345 manat təşkil edir, - AZAL- dan bildiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti