...

Azərbaycan bankı xalis mənfəətini 10 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir N.İsmayılova/ "2008 - ci ilin oktyabr ayının sonuna AtaBank-ın xalis aktivləri 18,2 faiz artıb", - cümə axşamı İdarə Heyətinin sədr müavini Müseyib Əliyev bankın 15 illiyinə həsr olunan mətbuat konfransında deyib.

İlin əvvəlində 110,7 mln. manat olan bankın xalis aktivləri hazırda 130,9 mln. manata çatıb. Aktivlərin əsasını təşkil edən kredit portfeli də 10 ay ərzində genişlənib, 28,3 faiz və ya 20,2 mln. manat artaraq, 91,5 mln. manatı keçib.

Hesabat mərhələsində AtaBank-ın depozit portfeli 2,4 faiz və ya 1,8 mln artaraq, 76,5 mln. manata çatıb. 2008-ci il ərzində fiziki şəxslərin müddətli depozitləri 46,5 faiz və ya 16,3 mln. manat artaraq, 51,4 mln. manat olub.

Bankın xalis mənfəəti, 2006 - 2007-ci illərlə, müqayisədə 10 dəfə artıb və 2008 - ci il noyabrın 1-dək 5,8 mln. manat olub.

Aktivlərin gəlirlilik dərəcəsi 4,91, kapitalın gəlirliliyi 44,05 faiz olub. Ötən il bu rəqəmlər, uyğun olaraq, 3,58 və 27,5 faiz təşkil edib.

Bankın Nizamnamə kapitalı 3,5 manat - 15 mln. manatadək artıb. Noyabrın 1-nə AtaBank-ın ümumi kapitalı 20,1 mln. manat olub. Ötən ilin sonunda bu göstərici 13,3 mln. manat təşkil edib.

2008 - ci ilin 10 ayı ərzində bank 3,6 mln. manat məbləğində 88 ipoteka krediti verib. Sahibkarlığa Yardım Milli Fondunun xəttilə ayrılan kreditlərin ümumi həcmi 12 mln. manat olub.

AtaBank bu il bankomatların sayını da 24 - dən 26 -dək artırıb. Bunların 13-ü Azərbaycanın bölgələrində fəaliyyət göstərir. Bu gün bank 273 POS-terminal quraşdırıb.

Noyabrın 20 - nə rəsmi məzənnə - 0,8104 AZN/USD.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti