...

Azərbaycan ÜTT-yə üzv ölkələrlə ikitərəfli danışıqları ilin sonunadək davam etdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan hökuməti dekabrın 9 - da Brüsseldə Avropa İttifaqı ilə ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı ikitərəfli danışıqların keçirilməsinə hazırlaşır", - deyə bazar ertəsi danışıqlar qrupunun rəhbəri, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Daha sonra qrupun digər ölkələrlə danışıqların davam etdiriləcəyi Cenevrəyə yollanacağı istisna edilmir", - deyə Məmmədquliyev bildirib.

Noyabrın 18 - də Vaşinqtonda ABŞ - la, noyabrın 24 - 28 - də Cenevrədə Yaponiya, Braziliya, Ekvador və Şri -Laka ilə danışıqlar aparılıb.

"Müzakirələrin yekunu üzrə danışıqlar aparılan ölkələrin heç biri ilə protokolun imzalanmasına dair nazılıq əldə olunmayıb. Buna görə, danışıqlar davam etdiriləcək", - deyə nazir müavini bildirib.

ÜTT-yə üzv ölkələr Azərbaycanın ticarət rejimi və xidmətlər bazarını liberallaşdırmasını tələb edirlər. O cümlədən, birbaşa filial açılması, ölkənin bank bazarına və 100 faiz xarici kapitala məxsus törəmə strukturların yaradılması ilə sığorta bazarına daxil olmaq üzrə tələblər qalmaqdadır.

2008 - ci ildə Azərbaycan artıq ikinci dəfədir ki, ikitərəfli görüşlər keçirir. Apreldə Norveç, Şri -Lanka, Hindistan, Cənubi Koreya, mayda ABŞ, Ekvador, Yaponiya və Çinin Tayvan əyaləti ilə danşıqlar aparılıb.

Azərbaycanın danışıqlara yenicə başladığı ölkələr - Norveç, Şri -Lanka, Hindistan da hökumətin sonuncu dəfə təklif etdiyi baum - tariflərin endirilməsini təklif edirlər.

Nazir müavini hesab edir ki, bu dövlətlərin siyahısı tədricən genişlənir və həmin ölkələrdən hər hansı biri ilə danışıqların başa çatdırılmasından danışmaq hələ tezdir.

Bu günədək Türkiyə, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri ilə aparılan danışıqların yekunu üzrə protokol imzalanıb. Ölkə, sənədi nəzərdən keçirən Moldova ilə protokolun imzalanması mərhələsindədir. Qırğızıstan və Gürcüstan artıq razılıqlarını verib və bu prosedur hökumətlərarası komissiyaların növbəti iclasında həyata keçirilə bilər.

Azərbaycan 1997- ci ildən ÜTT-də müşahidəçi statusunda təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti