Azərbaycan, Bakı, 01 dekabr/ Trend /Azərbaycanın Bank Respublika bankının Bakının mərkəzində yeni "Proqress" filialı fəaliyyətə başlayıb, - bankın bazar ertəsi yayılmış məlumatında deyilir.
Yeni filial Bank Respublika-nın müştəri xidməti şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq açılıb.
Filial fiziki və hüquqi şəxslərə hesablaşma - kassa, kreditlər, depozitlər, MasterCard və VISA plastik kartları, Western Union, Contact, Migom, Coinstar, PrivatMoney, Bıstraya poçta, Xpress Money, Blizko və Allür sistemləri ilə pul köçürmələri, mobil rabitə ödənişi və sair xidmətlər göstərir.
"Proqress" filialı Bakı şəhəri, Mirəli Qaşqay küç. 71 ünvanında yerləşir.
Hazırda Bank Respublika-nın 30 filial və şöbəsi fəaliyyətdədir ki, onlardan 6-sı cari ildə istifadəyə verilib. Xidmət şəbəkəsinin əhatəsinə görə, Bank Respublika ölkənin aparıcı banklarından biridir, bu isə bankın inkişaf strategiyasının uğurla həyata keçirilməsinə dəlalət edir.
Bankın Bakıda Baş Ofisi, "Mərkəz", "Azadlıq", "Azneft", "Bakıxanov", "Əhmədli", "Nərimanov", "Nəsimi", "Neftçilər", "Proqress" filialları, "Abşeron", "Alatava", "Ağa Nemətulla", "Memar Əcəmi" və "Yasamal" şöbələri fəaliyyətdədir.
Bank Respublika regional filial şəbəkəsinin genişləndirilməsinə də böyük önəm verir və hazırda Gəncə, Sumqayıt, Şirvan (keç. Əli Bayramlı), Quba, Xaçmaz, Lənkəran, Astara, Masallı, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhərlərində fəaliyyət göstərir.
Bank Respublika -nın filial və şöbələri müştərilərə nahar fasiləsi olmadan həftənin 6 günü xidmət göstərir. Bakıda, həmçinin, müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 fəaliyyətdədir.
Müştəri xidməti şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq, bu ilin sonunadək Bank Respublika Şəki, Mingəçevir və Cəlilabad şəhərlərində yeni filialların açılmasını planlaşdırır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]