...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2008 20:56 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Azərbaycan, Bakı, 01 dekabr/ Trend müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,001 bənd (0,1 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,808  manat səviyyəsində müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8089 manat səviyyəsində noyabrın 24-də, minimal məzənnə isə noyabrın 26-da (1 ABŞ dollarına görə 0,8074 manat) təyin edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

17 noyabr

0,8098

24 noyabr

0,8089

18 noyabr

0,8094 

25 noyabr

0,8079

19 noyabr

0,8094

26 noyabr

0,8074

20 noyabr

0,8104

27 noyabr

0,8079

21 noyabr

0,8099

28 noyabr

0,8079 

Həftə ərzində orta

0,80978

Həftə ərzində orta

0,808

Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0014 bənd (0,14 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına görə 0,80754 manat səviyyəsində müəyyən edilib.

Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8085 manat səviyyəsində noyabrın 24-də,  minimum məzənnəsi isə noyabrın 16-27-də (1 ABŞ dollarına görə 0,8071 manat) müəyyən edilib.

Həftə ərzində BEST-də eyni gündə valyutalaşdırılmaqla (T+0) əqdlər bağlanıb: noyabrın 24-də 0,8085 AZN/USD məzənnə ilə $0,6 mln., noyabrın 25-də 0,8076  AZN/USD məzənnə ilə $0,9 mln., noyabrın 26-da -  0,8071 AZN/USD məzənnə ilə $0,72 mln., noyabrın 27-də - əqdlər qeydə alınmayıb və məzənnə əvvəlki günün səviyyəsində qalıb - 0,8071 AZN/USD, noyabrın 28-də -  0,8074 AZN/USD məzənnə ilə $31,11 mln.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

17 noyabr

0,8091

24 noyabr

0,8085

18 noyabr

0,8091

25 noyabr

0,8076

19 noyabr

0,8090

26 noyabr

0,8071

20 noyabr

0,8099

27 noyabr

0,8071

21 noyabr

0,8099

28 noyabr

0,8074

Həftə ərzində orta

0,8094

Həftə ərzində orta

0,80754

Dilerlər tərəfindən tələbat olmadığı üçün USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər çıxarılmayıb.

EUR/AZN T+0 aləti üzrə noyabrın 24-də 153 375  manata bərabər həcm qeydə alınıb. Ortaölçülü məzənnə 1 avroya görə 1,0215 manat olub. Noyabrın 26-da isə 1 EUR-a görə 1,0472 manat məzənnə ilə 523 850  manat həcm qeydə alınıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti  noyabrın 28-dən başlayaraq 1  manat azalıb və 18 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin  müddəti 2010-cu il yanvarın 1-də başa çatır.

Xəbər lenti

Xəbər lenti