...

Azərbaycanın UniLeasing şirkəti İSUZU ilə birgə layihəni genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2008 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend / UniLeasing şirkəti qlobal maliyyə böhranı şəraitində layihələrin realizəsini təmin etmək məqsədilə xarici və yerli maliyyə institutlarının əlavə vəsaitlərini cəlb edir.

"Aztonnajlı İSUZU yük avtomobillərinin lizinqi"  layihəsinin funksionallığını təmin etmək üçün lizinq şirkəti 300 min manat məbləğində kredit alıb. Layihənin nəticələrindən asılı olaraq, kreditin məbləği artırıla bilər, - şirkətin çərşənbə günü yayılan məlumatında deyilir.

UniLeasing-in layihəsi realizə olunduğu qısa müddət ərzində bazarda ən uğurlu layihə olub və layihə çərçivəsində təxminən 5 mln. dollar məbləğində 150-dən çox İSUZU avtomobili maliyyələşdirilib.

2007-ci ilin ikinci yarısında UniLeasing şirkəti və İSUZU-nun yerli bazarda rəsmi distribüteri AzAuto şirkəti "Aztonnajlı İSUZU yük avtomobillərinin lizinqi" birgə layihənin həyata keçirilməsinə başlayıblar.

UniLeasing  Azərbaycanda liderlik edən özəl bank UniBank tərəfindən 2004 - cü ildə yaradılıb. Lizinq şirkəti əməliyyatların başlamasından sonra iki ildən az bir müddətdə böyük liziqn portfeli yaradıb və Azərbaycanın lizinq bazarında 20 faiz pay alıb. O, Azərbaycanda AYİB-in 33 faiz iştirka payı aldığı ilk lizinq şirkəti olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti