...

Azərbaycan Rusiyanın daxili sularına 20 gəminin keçidi üçün razılıq almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend müxbir E.İsmayılov/ "Bakı Azərbaycan bayrağı altında 20 gəminin Rusiyanın daxili sularına keçidi üçün icazə alınması ilə bağlı, bu ölkə hökumətinə müraciət edib", - deyə bazar ertəsi Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib.

Bu icazələrin Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi gəmilərinin Qara dənizdən Xəzər dənizinə və geriyə keçidi üçün 2009- cu ilin naviqasiya dövründə istifadə olunması nəzərdə tutulur.

Bu gün Azərbaycan gəmilərinin Rusiyanın daxili sularına keçidi üzrə icazə ilə bağlı vəziyyət dəyişilməz qalıb:bir gəmi yalnız bir dəfə Xəzərə keçə və daimi iş yeri Qara dənizə qayıda bilər.

2008 - ci ildə Gəmiçilik Rusiya hökumətindən 25 icazə alıb. Razılıqlar olsa da, Azərbaycan Rusiya Federasiyasının daxili sularına keçid üzrə uzunmüddətli sazişin imzalanmasına ümid edir. Bu məsələnin həlli üçün RF-də təkcə Dəniz Məcəlləsi deyil, həm də mövcud Qanunvericilik də dəyişdirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti