...

Azərbaycanın neft  qaz sektoru üzrə sərmayələrin repatriasiya həcmi iki dəfədən çox azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir N.İsmayılova/ 2008 - ci ilin yanvar-sentyabrı ərzində Azərbaycan iqtisadiyyatında istifadə edilmiş xarici kapitalın ümumi həcmi 6 mlrd. dollar təşkil edib ki, bu da 2007-ci ilin analoji dövrünün göstəricisini 8,8 faiz qabaqlayır, -Azərbaycan Milli Bankından ödəmə balansına istinadən məlumat veriblər. Sərmayə həcmlərinin xeyli artması qeyri - neft sektoruna dövlətin zəmanət vermədiyi xarici kreditlərin və sərmayələrin cəlb edilməsi ilə bağlıdır.

Hesabat dövrü ərzində istifadə edilmiş xarici kapitalın strukturunda ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib. 2008-ci ilin yanvar-sentyabrı ərzində, ötən illərdə ölkə iqtisadiyyatında istifadə edilmiş birbaşa sərmayələrin repatriasiyasının ümumi həcmi və xarici iqtisadiyyata birbaşa sərmayələr 44,4 faiz - 3,6 mlrd. dollaradək azalıb. Bu azalma "Əsrin Müqaviləsi" çərçivəsinfə neft-qaz sektorunda xarici öhdəliklərin azalması hesabına iri neft şirkətləri tərəfindən birbaşa sərmayələrin repatriasiya həcminin kiçilməsi ilə şərtlənib. 2007 - ci ildə neft - qaz sektoru üzrə repatriasiya edilmiş sərmayələrin həcmi 6,1 mlrd. dollar təşkil edirdisə, 2008 - ci ilin yanvar - sentyabrında bu göstərici 2,3 dəfə azalaraq 3,3 mlrd. dollara çatıb.

Ölkə iqtisadiyyatına birbaşa sərmayələrin ümumi həcmi 3 mlrd. dollar təşkil edib. Neft-qaz sektorunun xüsusi çəkisi 83,8 faizə bərabər olub. Bu sərmayələr BP Exploration (Şahdəniz) Ltd-nin neft - qaz layihələri çərçivəsində, Cənubi Qafqaz boru kəməri şirkəti (Bakı - Tbilisi - Ərzurum qaz kəməri) tərəfindən Azərbaycan ərazisində tikinti işləri ilə əlaqədar və ABƏŞ tərəfindən "Azəri - Çıraq - Günəşli" yatağında istifadə edilib.

İqtisadiyyatın qeyri - neft sektoruna xarici kapital formasında 479,7 mln. dollar həcmində sərmayə yatırılıb. Xarici sərmayələrin ümumi həcmində onların xüsusi çəkisi 8 faiz olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti