...

Xəzərdə qəzaya uğramış Rusiya gəmisi Bakıya gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2008 17:46 (UTC +04:00)
Xəzərdə qəzaya uğramış Rusiya gəmisi Bakıya gəlib

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir S.Əliyev/ Rusiyanın Xəzərin Azərbaycan sektorunda qəzaya uğramış "Sarmat-1" quru yük gəmisi Bakıya gəlib, - Azərbaycanın Dövlət Dəniz Administrasiyasından çərşənbə axşamı bildiriblər.

Hazırda SOCAR şirkətinə (Azərbaycanın Dövlət Neft Şirkəti) məxsus Xəzər Dəniz Neft Donanmasının "Vadim Seyidov" gəmisi quru yük gəmisini Bakı limanında yanalma körpüsünə gətirir, - administrasiyadan bildiriblər.

"Sarmat-1" təmir işlərinin aparılması üçün Bakının gəmiqayırma zavodlarından birinə gətiriləcək.

Quru yük gəmisi metal məhsulları və taxta-şalban məhsulları (1750 ton) yükü ilə Astraxan (Rusiya) - Ənzəli (İran) reysi ilə hərəkət edib. Tufan nəticəsində gəmidə sükan mexanizmi sıradan çıxıb.

Gəminin göyərtəsində 11 ekipaj üzvü var. Qəzada zərər çəkən yoxdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti