...

İl ərzində Azərbaycanın United Credit Bank ASC-nin - əmanətləri 50 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2008 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend / United Credit BankASC-nin fiziki şəxslərdən qəbul etdiyi əmanətlərin həcmi yüksək templərlə artmaqda davam edir və son bir ildə bu göstərici 52,6 faiz artıb, - Bankın çərşənbə günü yayılan məlumatında deyilir.

2008 - ci ilin 11 ayı ərzində isə 42,3 faiz artaraq, hesabat dövrünün sonunda 5,1 mln. manat olub. Yalnız noyabr ərzində fiziki şəxslərin banka etibar etdikləri əmanətlərin həcmi 14 faiz artıb ki, bu da United Credit Bank-a olan yüksək etimadın göstəricisidir, - sənəddə qeyd olunub.

2008 -ci il dekabrın 1-nə olan vəziyyətə görə, bankın depozit portfelinin həcmi 7,8 mln. manat, cəlb edilmiş müddətli depozitlərin həcmi 6,1 mln. manat olub. Müddətli depozitlərin həcmi son bir ildə 39,6 faiz, 2008-ci ilin 11 ayı ərzində isə 34,3% artıb.

Bankın kredit portfeli də artım tempini saxlayıb. 2008-ci ilin əvvəli ilə müqayisədə, müştərilərə təqdim edilən kreditlərin həcmi 25,1 faiz artaraq, hesabat dövrünün sonuna 22,9 mln. manat səviyyəsinə çatıb. Dekabrın 1-nə olan vəziyyətə görə, bankın təqdim etdiyi istehlak kreditlərinin həcmi 9,1 mln. manat olub. İstehlak kreditlərinin son bir il ərzində artımı 9,3 faiz təşkil edib.

11 ay ərində United Credit Bank-ın aktivlərinin ümumi həcmi 33,4 faiz artaraq, hesabat dövrünün sonuna 31,7 mln. manat olub. Bu göstərici üzrə illik artım 45,5 faiz təşkil edib.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 13,4 mln. manata yüksəlib, Nizamnamə kapitalının həcmi 12,108 mln. manat səviyyəsində qalıb.

Yanvar-noyabr ərzində bankın ümumi gəlirləri 25,1 faiz, 2007-ci ilin eyni dövrü ilə müqayisədə isə 41,9 faiz artaraq, dekabrın 1-nə olan vəziyyətə görə, 4,4 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirlərinin artımı 24,4%, qeyri-faiz gəlirlərinin artımı 28,6 faiz qeyd olunub.

United Credit Bank ASC 1996 -cı ildən fəaliyyət göstərir, mərkəzi ofisi və 5 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Bank Bakı Fond Birjasının təsisçilərindən biri, SWIFT, Bakı Banklararası Valyuta Birjasının üzvü və Mütəşəkkil Banklararası Kredit Bazarının fəal iştirakçısıdır. "Yunayted Kredit Bank" ASC dünyanın aparıcı bankları ilə sıx əlaqələrə malikdir. Bankın Avstriya, Belçika, Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan kimi ölkələrin aparıcı banklarında müxbir hesabları var. Rusiya Federasiyasının ən böyük banklarından olan "Rusiya Əmanət Bankı" ilə birbaşa müxbir münasibətlərin olması bankın korporativ müştərilərinə Rusiya Federasiyasında fəaliyyət göstərən tərəfdaşları ilə real vaxt rejimində işləməyə imkan verir.

Western Union, Express, Migom, Privat Money, Lider kimi beynəlxalq pul köçürmə sistemlərinə qoşulub.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti