...

Gürcüstanın keçmiş Baş naziri büdcənin vergi gəlirlərində böyük uyğunsuzluq olacağını bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2008 21:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Grücüstan hökumətinin 2009 - cu ilin büdcə layihəsini müşayiət edən yanlış hesablamaları büdcənin vergi gəlirlərində 700 - 800 mln. dollarlıq uyğunsuzluğa səbəb olacaq və sosial və digər xərclərin maliyyələşdirilməsini qeyri-mümkün edəcək, - ölkənin keçmiş Baş naziri Zurab Noqaideli - "Ədalətli Gürcüstan naminə hərəkat"ın lideri mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatı "var gücü ilə uçurma gedir" və belə şəraitdə, hökumətin ixrac və idxalatın artımı ilə bağlı planları yerinə yetirilə bilməz.

İqtisadiyyatın 5-7 faiz azalacağı gözlənilir və bu, əsasən, sosial xərclərdə öz əksini tapacaq, - Noqaideli deyib.

KeçmişBaş nazirin komandası iqtisadi böhrandan çıxmaq məqsədilə xüsusi plan işləyib. Plan büdcə sistemində köklü dəyişiklikləri nəzərdə tutur. Noqaidelinin sözlərinə görə, onların işlədiyi büdcə siyasətinin məqsədi kəsirin azaldılması, aşağı inflyasiya, iqtisadiyyatın 8-12 faizlik sabit və uzunmüddətli artımı və sürətlə sabit iş yerlərinin yaradılması məqsədi daşıyır.

Büdcə prirotetləri səhiyyənin maliyyələşdirilməsinin üç dəfəlik artımı, elm və təhsilin maliyyələşdirilməsinin iki dəfə artırılması, infrastrukturun tikintisi və kənd təsərrüfatı,  ixrac infrastrukturunun yaradılması olacaq, -Noqaideli deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti