...

Bakıda iri yol qovşağının istismara veriləcəyi  vaxt müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2008 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbir E.İsmayılov/ Cümə axşamı Bakıda Heydər Əliyev, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində iri yol qovşağı istismara veriləcək, - Azərbaycanın Nəqliyyat Nazirliyindən çərşənbə günü bildiriblər.

Yol qovşağını Akkord Şirkətlər Qrupu tikir. O, artıq tikilən obyektlərdə sınaq işləri aparıb. Rusiyanın İMİDİS institutu tərəfindən həyata keçirilən sınaq prosedurları zamanı körpünün yükgötürmə qabiliyyəti, dayanıqlılığı, hərəkətin rahatlığı yoxlanılıb. Mütəxəssislər yeni yol qovşağının keyfiyyətini müsbət qiymətləndiriblər, - əvvəllər Akkordun məlumatında deyilirdi.

Qovşağın tikintisi 2006-cı ilin avqustunda başlayıb. Onun ümumi sahəsi 2 min kvadartmetrdir. Qovşaq dörd nəqliyyat körpüsü və iki tuneldən ibarətdir. Layihə çərçivəsində, buradan keçən dəmir yolu körpüsü də yenidən qurulub.

Bu layihə reallaşdırılarkən ilk dəfə olaraq yeni yol örtüyünün isidilməsi sistemi tətbiq edilib. Havanın temperaturu 0 -4 dərəcə arasında dəyişdikdə avtomatik olaraq işə düşür, temperatur yüksəldikdə isə, funksiyasını dayandırır. 

Bütün işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı ilə başlayan paytaxtın nəqliyyat infrastrukturun boşaldılması layihəsi çərçivəsində həyata keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti