...

Azərbaycan sularında qəzaya uğramış Rusiya gəmisinin təmiri dekabrın sonuna başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir E.İsmayılov/ Bakıdan 30 mil məsafədə qəzaya uğramış Rusiyanın "Sarmat-1" quru yük gəmisinin təmiri təxminən dekabrın 30 -na başa çatacaq, - Azərbaycan Dövlət Dəniz Administrasiyasından cümə axşamı bildiriblər.

"Gəminin təmiri Bakı limanında həyata keçirilir", - Administrasiyadan məlumat veriblər.

Qəzaya gəminin sükan bölməsindəki texniki nasazlıq səbəb olub.

Təmir prosesində gəminin qəza nəticəsində aldığı digər zədələr də aradan qaldırılacaq. Azərbaycanın Dövlət Dəniz Administrasiyası aparılan bütün işlərə yardım edir, - Administrasiyadan qeyd ediblər İdarədə"Sarmat-1"in bütün təmir işləri başa çatdıqdan sonra dənizə çıxmasında problem görmürlər.

Qəzaya uğrayan quru yük gəmisi barədə məlumat dekabrın 15 - də Həştərxanda yerləşmiş Xilasetmə İşlərinin Koordinasiyası Mərkəzindən daxil olub. "Sarmat-1" çay-dəniz tipli gəmi 1986 - cı ildə stapeldən buraxılıb.

Qəza zamanı zərər çəkən olmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti