...

Parlament Azərbaycanın Hesablama Palatasının auditorlarını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Parlament plenar iclasında Azərbaycanın  Hesablama Palatasının auditorlarının təyinatı haqqında qərar layihəsini təsdiq edib.

Qərar layihəsinə görə, Hesablama Palatasının auditorları aşağıdakılardır: Nazim Həsənov, Cəfər Həsənov, Vaqif Həsənov, Fazil İbrahimov, Adil Məhərrəmov və Mehriban Əlişanova. Qanuna görə, Palata yeddi auditordan ibarət olsa da, bir yer hələ də boş qalır.

Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti yeddi il səviyyəsində müəyyən edilib.

Azərbaycanın Hesablama Palatası 2001-ci ilin dekabrında yaradılıb. O, sədr, müavinləri və Hesablama Palatasının üzvü olan və parlament tərəfindən təyin edilən yeddi auditordan ibarət olmalıdır.

Azərbaycanın Hesablama Palatasının sədri Heydər Əsədovdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti