...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi "Berlində beynəlxalq yaşıl həftə - 2009" illik sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov illik "Berlində beynəlxalq yaşıl həftə - 2009" (International Green Week Berlin 2009) sərgisində iştirak etmək üçün Almaniyaya səfər edəcək, - nazirlikdən bazar ertəsi bildiriblər.

"İdarə rəhbəri nümayəndə heyətinə başçılıq edəcək və sərginin açılışında çıxış edəcək", - nazirlikdən bildiriblər.

2009 - cu ildə sərgi artıq 74 - cü dəfə keçiriləcək. Yarandığı vaxtdan - 1926 - cı ildən "Berlində beynəlxalq yaşıl həftə" (International Green Week Berlin 2009) kənd təsərrüfatı və qida sənayesi nümayəndələrinin ən böyük dünya forumuna çevrilib.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, sərgi çərçivəsində Azərbaycan - Almaniya aqroforumu baş tutacaq.

2008 - ci ildə sərgidə 56 ölkədən 1,6 mindən çox eksponent iştirak edib, təxminən 100 min nəfərinin qida sənayesi nümayəndələrinin, topdan və pərakəndə satıcıların olduğu ziyarətçilərin sayı isə 425 min nəfəri ötüb.

Bu il sərginin rəsmi tərəfdaşı İsveçrə olacaq. Yaşıl həftədə aşağıdakı məhsullar təqdim olunacaq: pivə, şərab, spirtli içkilər, ət və kolbasa məmulatları, dəniz məhsulları, çay, ot və ədviyyat, kənd təsərrüfatı və bağçılıq üçün avadanlıq və maşınlar, toxumlar, oranjereya, istixana və bağ ləvazimatları, cins mal-qara, mətbət cihazları və məişət texnikası.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti