...

Qazaxıstanda ÜDM-in artımı 3 faizi ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2009 14:52 (UTC +04:00)

Qazaxıstan, Astana, 07 yanvar/ Trend , müxbir K.Konırova/ İlkin hesablamalara görə, Qazaxıstanda ÜDM-in artımı 3 faizi ötüb, - Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər verir.

Almatıda mətbuat üçün qapalı müşavirə keçirilib. Müşavirədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumət və milli bankın 2008-ci ildə işin əsas yekunları və 2009-cu il üçün sosial-iqtisadi inkişafın proqnoz tendensiyaları barədə hesabatlarını dinləyib.

Prezidentin saytında yerləşdirilmiş məlumatda deyilir ki, müşavirədə Baş nazir Kərim Məsimov dövlət başçısını ölkənin 2008-ci il ərzində sosial-iqtisadi inkişafının yekunları barədə məlumatlandırıb.

"İlkin hesablamalara görə, ÜDM-in artımı 3 faizi ötüb. İnflyasiya 9,5 faiz təşkil edib. Respublika və yerli büdcələr gəlirlər üzrə 99,5 faiz, xərclər üzrə 99 faiz yerinə yetirilib. 2008-ci ildə dövlətin bütün sosial öhdəlikləri yerinə yetirilib", - Məsimov bildirib.
  

Ölkə prezidentinə 2009-2010-cu illərdə hökumətin, milli bankın və İqtisadiyyat və maliyyə sektorunun sabitləşdirilməsi üzrə maliyyə nəzarəti agentliyinin birgə fəaliyyət planının realizəsinə dair tədbirlər sistemi barədə məlumat verilib.


"Plana anti-böhran proqramının əsas istiqamətlərinin realizəsi, o cümlədən makroiqtisadi balanslaşdırmanın, sosial sabitliyin, maliyyə sektorunun sabitləşdirilməsinin, daşınmaz əmlak bazarında problemlərin həllinin, kiçik və orta biznesin dəstəklənməsinin, innovasiya, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin aqrar-sənaye kompleksinin inkişafının təmin edilməsi üzrə konkret mexanizmlər daxildir", - məlumatda deyilir.

Dövlət başçısı hökumətə əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin sosial baxımdan zəif təbəqələrinin dəstəklənməsi, borcluların problemlərinin həlli, "30 korporativ lider" proqramının realizəsinin sürətlənməsi, rəqabətqabiliyyətli və ixracyönümlü istehsalın sürətləndirilmiş təşəkkülü, sahibkarlığın inkişafı və inzibati baryerlərin azadılması üzrə geniş əlavə tədbirlər kompleksinin realizəsinə dair konkret tapşırıqlar verib.

"Hökumətə dövlət orqanları və milli şirkətlərin xətti ilə dövlət satınalmalarını milli istehsalçılara, o cümlədən kiçik və orta biznesə yönəltmək həvalə olunub", - məlumatda deyilir.

Nazarbayev iqtisadiyyatın sabitliyinin dəstəklənməsinə ayrılan dövlət

vəsaitlərinin səmərəli mənimsənilməsi barədə məsələyə xüsusi diqqət ayırıb.

"Prezident hər bir regionun xüsusiyyətləri nəzərə alınmaqla məşğulluğun təmin edilməsi üzrə regional proqramların hazırlanmasının, iqtisadiyyatın tələbatı nəzərə alınmaqla kadrların hazırlanması və təkrar hazırlanmasının maliyyələşdirilməsinin artırılması, qeyri-qanuni miqrasiya üzərində nəzarətin gücləndirilməsi, ünvanlı sosial yardımın əhatə dairəsi və keyfiyyətinin yüksəldilməsinin zəruriliyini vurğulayıb", - press-relizdə deyilir.

Xəbər lenti

Xəbər lenti