...

"Palmali" şirkətlər qrupu yeni tanker alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2009 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar / Trend / Qlobal maliyyə böhranına baxmayaraq, "Palmali" şirkətlər qrupu yeni gəmilər inşa edərək və alaraq öz donanmasının yükqaldırma qabiliyyətini artırır. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Nijeqoroddakı "Krasnoye Sormovo" gəmiqayırma zavodu "Palmali" şirkətlər qrupuna " Vilesh River" gəmisini təqdim edib. Bu, sifarişçi üçün inşa ediləcək "Yeni Armada" tipli kimyəvi məhsullar daşıyan on tankerdən sayca beşincisidir.

Gəmi sifarişçiyə müqavilə öhdəliyinə uyğun olaraq vaxtında təhvil verilib.

" Kura River" tankeri isə sifarişçiyə iyulda təhvil verilib. 2008-ci il dekabr ayının 11-də gəmiqayırma zavodu "Palmali"yə "Araz River", avqustda "Nəsibə Zeynalova", sentyabrda isə "Bashir Safaroglu" tankerlərini təqdim edib.

Əvvəlcədən verilən məlumata görə, Nijeqorod zavodu on gəmi inşa edəcək. "Krasnoye Sormovo" və "Palmali" arasında gəmilərin inşası ilə bağlı müqavilələr 2007-ci ilin fevral və dekabr aylarında imzalanıb. Qalan beş tankerin sifarişçiyə 2009-cu il ərzində təhvil verilməsi planlaşdırılır.

"Yeni Armada" seriyası "Armada" kimi tanınan və 005RST01 layihəli tankerlər seriyasının davamıdır. Bu layihə Odessadakı Dəniz Mühəndis Bürosu tərəfindən "Palmali" şirkətlər qrupu üçün hazırlanıb.

"Armada" seriyası ilə müqayisədə yeni layihəli tankerlər dəniz şəraitində yükgötürmə qabiliyyəti 650 ton dedveyt artırılan (yükqaldırma qabiliyyəti) gücləndirilmiş dəniz funksiyasına malikdir. Gəmilər yeni beynəlxalq tələblərə tamamilə cavab verir. Layihələndirmə zamanı Rusiya və dünya neft şirkətlərinin xüsusi tələbləri və Rusiya Dəniz Gəmiçilik Reyestri sinifli əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

"Yeni Armada" tipli gəmiyə Gko Layihə simvol sinfindən əlavə nişanə verilib. Gəminin uzunluğu 139139,95 m, eni 16,60 m, bortun hündürlüyü 6 m, dənizdə yükgötürmə qabiliyyəti dənizdə 4.6 m suya oturmada təqribən 7 min ton, çayda 3.6 m suya oturmada 4611 ton, altı yük tankı və iki durulducu tankın tutumu 8090 kubmetr, əsas mühərrikin gücü 2x1200 kVt, istifapdə sürəti 10,5 d.dir.

"Vilesh River" tankerinin suya buraxılması mərasimində Rauf Əliyev (nəzarət və audit üzrə vitse-prezident), Yuri Usupov (texniki inkişaf və gəmiqayırma üzrə vitse-prezident) da daxil olmaqla "Palmali"nin nümayəndə heyəti, "Krasnoye Sormovo" zavodunun rəhbərliyi və əməkdaşları iştirak ediblər. "Pal Media" şirkətinin direktoru Fidan Quliyeva gəmnin "xaç anası" olub.

Tədbirin sonunda Quliyeva qədim dəniz ən-ənəsinə uyğun olaraq şampan şüşəsini gəminin göyərtəsində sındırıb.

Xəbər lenti

Xəbər lenti