...

Azərbaycan İqtisadi azadlıq indeksi üzrə 80 ölkəni qabaqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2009 15:29 (UTC +04:00)
Azərbaycan İqtisadi azadlıq indeksi üzrə 80 ölkəni qabaqlayıb

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir İ.Xəlilova/ Heritage Foundation-nin hazırladığı "İqtisadi azadlıq indeksi - 2009" reytinqində Azərbaycanda iqtisadi azadlığın səviyyəsi 2,6 bal göstərilməklə 58 baladək yaxşılaşıb. Bu renkinqdə Azərbaycan 99-cu yeri tutur.

Heritage Foundation-nin versiyasına görə, Azərbaycan iqtisadiyyatı Moldova (120-ci yer), Tacikistan (122), Rusiya (146), Ukrayna (152), Türkmənistan (169) və digər ölkələrin iqtisadiyyatından daha azaddır.

90 ballıq iqtisadi azadlıq səviyyəsi ilə Honkonq yenidən iqtisadi azadlıq reytinqinin qalibi olub.

İndeks tərtib olunarkən aşağıdakı meyarlar diqqətə alınır: ticarət, monetar və vergi siyasəti, hakimiyyətin iqtisadiyyata təsiri, sərmayə həcmləri, maliyyə xidmətləri bazarının vəziyyəti, qiymət tənzimlənməsi, mülkiyyət hüquqlarının müdafiəsi, "qara bazar"ın vəziyyəti (cəmi 10 meyar) və s. Reytinq tərtib edilərkən 100 ballıq şkaladan istifadə olunur. Burada 100 bal mümükün nəticələrdən ən yaxşısı, sıfır ən pisidir. Reytinq çərçivəsində dünyanın 179 dövləti qiymətləndirilib.

Ən yüksək iqtisadi azadlıq səviyyəsi olan ölkələrin onluğuna Honkonqla yanaşı Sinqapur, Avstraliya, İrlandiya, Yeni Zelandiya, ABŞ, Kanada, Danimarka, İsveçrə və Böyük Britaniya daxil olub.

Bununla yanaşı, post-sovet dövlətləri əksər göstəricilər üzrə dünya liderləri sırasındadırlar.

Reytinqin  müəllifləri iddia edirlər ki, iqtisadiyyat nə qədər azad olarsa, yəni biznesin aparılması və sahibkarlıq təşəbbüsünün göstərilməsi üçün nə qədər az baryer varsa, əhalinin rifah səviyyəsi o qədər yüksək, işsizlik səviyyəsi o qədər aşağı olur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti