...

Avropa Mərkəzi Bankı dünya iqtisadi tənəzzülünün davam edəcəyini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2009 18:31 (UTC +04:00)
Avropa Mərkəzi Bankı dünya iqtisadi tənəzzülünün davam edəcəyini gözləyir

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir A.Bədəlova/ Dünya iqtisadi tənəzzülü və tələbatın azalması uzun dövr ərzində davam edəcək, - Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Jan - Klod Trişe cümə axşamı qurumun iclasının yekunları üzrə mətbuat konfransında bildirib.

Çıxışı "Vesti" telekanalının birbaşa efirində yayımlanan AMB rəhbərinin sözlərinə görə, 2008 - ci ilin ikinci yarısında inflyasiyanın yavaşıması, əsas etibarilə, xammalın qiymətinina azalmasını əks etdirir.

AMB yaxın dövrdə xammalın qiymətinin azalacağını gözləyir.

"İlin ortasında xammalın qiymətləri çox aşağı səviyyəyə çata bilər", - Trişe deyib.

AMB cümə axşamı keçirilən iclasında baza faiz dərəcəsini 50 baza bəndinədək - illik iki faizədək azaldıb. AMB - nin qərarı əksər analitiklərin rəyi ilə üst - üstə düşüb. Əvvəllər - dekabrda AMB faiz dərəcəsini 0,75 faiz bəndi azaltmışdı.

Trişenin sözlərinə görə, ortamüddətli perspektivdə inflyasiyanın səviyyəsi qiymət sabitliyi meyarına müvafiq olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti