...

2008 - ci ildə Azərbaycanın lizinq şirkəti ölkə iqtisadiyyatına  60 milyon dollaradək sərmayə yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2009 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend / Qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın iri lizinq şirkətlərindən biri olan Unileasing şirkəti layihələri maliyyələşdirməkdə davam edir. Bu barədə şirkətin çərşənbə günü yayılan ötən ilin yekunlarına həsr olunmuş press-relizində bildirilir.  

Məlumatda bildirilir ki, Bakı və respublika regionlarının sahibkarları yerli bazarda ən populyar layihələrdən olan "İSUZU kiçik tonnajlı yük avtomobillərinin lizinqi", eləcə də "New Holland tikinti texnikasının lizinqi" layihələrindən faydalana bilərlər. Bununla bərabər, yaxın zamanlarda şirkət nəqliyyat sahəsində bir sıra layihələr həyata keçirmək niyyətindədir.

Unileasing fəaliyyətinin əsas göstəricilərinə əsasən, ümumilikdə 2008 - ci ili lizinq şirkəti üçün uğurlu il hesab etmək olar; məhz qeyd olunmuş ildə: 

- şirkətin tarixində ən iri müqavilə bağlanıb

- yerli bazarda aşağıdakı layihələr tətbiq edilib:

  • "Qiymətinin 10%-i məbləğində avtomobil",
  • "10 il müddətinə qədər kommersiya tipli daşınmaz əmlakın lizinqi",
  • "İstifadədə olmuş yük avtomobillərinin lizinqi",
  • "İslam lizinqi"

- şirkətin sayca beşinci regional bölməsi açılıb.

- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində şirkətin qiymətli kağızlar emissiyası prospekti qeydə alınıb.

-  Amerikanın Eximbank-ı lizinq şirkətinə kredit xəttinin ayrılması üçün razılıq verib.  

- Unileasing və Avropa Yenidənqurma və İnkişaf Bankı lizinq şirkətində Avropa idarəetmə sisteminin tətbiqi üzrə Azərbaycanda ilk layihəni başa çatdırıb və s.

Ötən il ərzində lizinq şirkətinin mütəxəssisləri tərəfindən 377 müqavilə bağlanıb ki, onlara əsasən, ümumi məbləği 28,3 mln. dollardan artıq məbləğdə 557 lizinq obyektinin əldə edilməsi maliyyələşdirilib. 31 dekabr 2008-ci il tarixinə olan vəziyyətə görə, Unileasing lizinq portfeli 46,2 mln. dollar, respublika iqtisadiyyatına edilən investisiyaların həcmi 60 mln. dollar təşkil edib, özü də bu qoyuluşların təqribən yarısı ötən il ərzində həyata keçirilib. 

Cari ilin əvvəlinə olan vəziyyətə görə, Unileasing regional şəbəkəsi ölkənin şimal - qərb, şimal, şimal- şərq, mərkəzi və cənub - şərq bölgələrini əhatə edir.  Lizinq şirkətinin bölmələri Gəncə, Şəki, Quba, Saatlı və Lənkəranda fəaliyyət göstərir ki, bunun sayəsində də artıq Unileasing-in rahat maliyyə şərtlərindən respublikanın 50-dən çox  rayonunun sahibkarları faydalana bilərlər. 2008-ci ilin nəticələrinə görə, şirkətin regionlar üzrə lizinq portfeli 7.5 mln. dollar təşkil edib. Beləliklə də, ötən il ərzində şirkətin regional portfeli 150% artıb ki, bu da respublikanın rayonlarında biznesin sürətli inkişafına dəlalət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı-  [email protected]

Xəbər lenti

Xəbər lenti