...

BVF-in kreditləri İslandiya, Pakistan və Ukraynanın iqtisadiyyatına təhlükəlidir - Cozef Stiqlits

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2009 20:35 (UTC +04:00)
BVF-in kreditləri İslandiya, Pakistan və Ukraynanın iqtisadiyyatına təhlükəlidir - Cozef Stiqlits

Ukrayna, Kiyev, 28 yanvar / Trend , müxbir Z.Novsvitski/ İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlits xəbərdarlıq edib  ki, Beynəlxalq Valyuta Fondunun verdiyi kreditlər, kömək etmək istədikləri həmin ölkələrin - İslandiya, Pakistan, Ukraynanın iqtisadiyyatını partladır", - Deutsche Welle xəbər verir.

Onun sözlərinə görə, BVF 1997-ci il Asiya maliyyə böhranından başlayaraq, bir sıra səhvlərə yol verib. "Onlar (BVF) 1997-ci ildə etdikləri səhvləri  təkrarlamaqla məşğuldurlar", - Stiqlits İslandiya, Pakistan və Ukraynaya maliyyə böhranından çıxmaq üçün verilən kreditləri nəzərdə tutaraq deyib.

Dünya Bankının sabiq şef-iqtisadçısı qeyd edib ki, faiz stavkaları həddindən artıq yüksəkdir. BVF tərəfindən böhranlı ölkələrə tövsiyə olunan monetar siyasət isə, Böyük Britaniya və Fransada yayılan iqtisadi inkişafa hesablanmış maliyyə siyasəti ilə ziddiyyət təşkil edir. "Bu şəraitdə pullar, yəqin ki, iqtisadiyyatı zəiflədəcək və onları qaytarmaq daha çətin olacaq", - Stiqlits vurğulayıb.

BVF 2008-ci il noyabrın 5-də Ukraynaya maliyyə sektorunda inamı gücləndirmək və dünya maliyyə böhranı nəticəsində zərər çəkmiş ölkə iqtisadiyyatına yardım etmək məqsədilə 16,43 milyard dollar həcmində sabitləşmə krediti ayrılması qərarı qəbul edib. Proqram iki il müddətinə hesablanıb.

Ötən ilin noyabrında Kiyev 4,5 milyard dollar məbləğində ilk tranşı alıb.

BVF tərəfindən Ukraynaya növbəti tranşın verilməsi haqda qərar ölkənin 2009-cu ilin sonunadək müəyyən məqsədli göstəricilərə nail olmasından asılı olacaq.

Cozef Yucin Stiqlits - amerikalı iqtisadçı, "qeyri-simmetrik informasiyalı bazarların analizi"nə görə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2001-ci il), Kolumbiya Universitetinin professorudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti