...

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , İ.Xəlilova/ "Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Şigeo Katsu (Shigeo Katsu) Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktor Əsəd Alamini (Assad Alam) Azərbaycan hökumətinə təqdim etmək məqsədilə bu gecə Bakıya gəlir", - cümə günü Bankın Bakı nümayəndəliyindən deyilib. (Alami bu vəzifəyə təyin edilənədək DB-də sektor meneceri kimi çalışıb).

Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktor bu postda, xələfi ilə birlikdə Bakıya gələn Donna Douset-Koyrollonu əvəz edəcək. "Alaminin təyinatı Douset-Koyrollonun təqaüdə çıxması ilə bağlıdır", - nümayəndəlikdən bildirilib. DB missiyası Azərbaycana Gürcüstandan gələcək. Çünki yeni regional direktorun təyin olunması səbəbindən, onun təqdimatı bütün Cənubi Qafqaz ölkələrində keçirilir.

Səfərin gedişində ölkə hökumətinin Bankla əməkdaşlığında ümumi məsələlər müzakirə olunacaq. Bundan başqa, Dünya Bankının 2010-cu ilə qədər Azərbaycanla bağlı strategiyası çərçivəsində proqramın həyata keçirilməsinin gedişi, Bankın gələcək planları və hazırda fəaliyyətdə olan layihələr nəzərdən keçiriləcək.

Ötən il DB Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının (DB qrupuna daxildir) xətti ilə güzəştli şərtlər əsasında maliyyələşdirməni dayandırıb. Bank bu vəsaitləri daha yoxsul, xüsusilə Afrika ölkələrinə yönəltmək niyyətindədir.

Ölkə hökuməti ötən ilin iyununda bitmiş 2008-ci maliyyə ilində Azərbaycanın korporativ və dövlət sektorunda hesabatçılıq (CAPSAP), təhsil sistemində islahatların üçüncü mərhələsi, su təchizatı və kanalizasiya sisteminin inkişafı, sosial təminata yardım, məcburi köçkünlərin sosial inkişafı və aqrar sahədə Azərbaycan sərmayələri ilə layihələr üçün Dünya Bankından altı güzəştli kredit almağa nail olub. Onların həyata keçirilməsinə 121 milyon dollar ayrılıb.

Adambaşına düşən ÜDM-in həcmi 1280 dolları ötməyən ölkələr bu meyara uyğun gəlir. Artıq Azərbaycan DB tərəfindən Beynəlxalq İnkişaf Assosasiyası xətti ilə güzəştli kreditlər alınması üçün əsas meyar kimi təyin edilmiş bu gəlir səviyyəsini arxada qoyub. Azərbaycanda ötən ilin yekunlarına görə, adambaşına düşən gəlir 5403,9 dollar təşkil edib.

Bu günə qədər DB Azərbaycanda ümumi həcmi iki milyard dolları ötmüş 45 layihə maliyyələşdirib. Bank sadəcə ötən maliyyə ilində 1,251 milyard dollar həcmində 13 layihəni maliyyələşdirməyə yönəldilib ki, bu da dörd illik strateji büdcənin iki ilə mənimsənilməsi deməkdir. DB strategiyasının qarşıdakı iki ili üçün (2009-2010-cu illər) ölkəyə bir milyard dollardan çox maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirib. Onlar kommersiya şərtləri ilə,  Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının vasitəsilə veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti