Azərbaycan, Bakı, 31 yanvar/ Trend , müxbir N.İsmayılova/
Azərbaycanın Əmlakın İdarə Olunması üzrə Dövlət Komitəsi "Bakı Məişət avadanlıqlarıları" Səhmdar Cəmiyyəti səhmlərinin 99,67 faizinin satışına dair sərmayə müsabiqəsi elan edib. Bu barədə şənbə günü Dövlət Komitəsindən bildiriblər.
Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri, xarici sərmayədarlar iştirak edə bilər.
İddiaçılar yeni texnologiyaların tətbiqi, istehsal edilən məhsulun keyfiyyətinin yaxşılaşdırılması, istehsal gücünün mərhələli şəkildə artırılması, məhsul çeşidlərinin artırılması, iş yerlərinin bərpa edilməsi və işçilərin sosial təminatı üzrə təkliflərdən ibarət sərmayə proqramı təqdim etməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər sərmayə təklifi dəyərinin beş fazi mislində bank zəmanəti, dövlət büdcəsinə 850 min manta köçürülməsi, 45 minədək özəlləşdirmə çekinin (əcnəbilər üçün eyni sayda opsion) hesabdan silinməsi üzrə təkliflər təqdim etməlidir.
"Bakı Məişət avadanlıq ları" universal məişət maşınlarının istehsalı və satışı ilə məşğul olur. Zavod Bakı şəhəri, Nərimanov rayonu, Qayıbov küçəsi 6 ünvanında 5,02 hektar sahədə yerləşir.
SC-nin Nizamnamə kapitalı 4,53 mln. manat təşkil edir, bu məbləğ üçün hər birinin nominal dəyəri iki manat olan 2 263 874 səhm buraxılıb. Müsabiqənin obyekti ümumi nominal dəyəri 4,51 mln. manat olan 2 256 428 səhmdir.
2009 - cu il yanvarın 1-nə olan vəziyyətə görə, müəssisənin 496, 8 min manat, o cümlədən əmək haqqı üzrə 262,02 min mnat borcu var. Müəssisənin debitor borcları 4,62 min manat təşkil edir. Xammal ödəmələri və göstərilən xidmətlərə görə borclar 234,78 min manat təşkil edir.
Müəssisə 1985-ci ildən fəaliyyət göstərir. İşçilərinin sayı 74 nəfərdir.
İddiaçılar müsabiqə tələbləri və özəlləşdirmə planı ilə tanış olmaq, həmçinin əlavə məlumat əldə etmək üçün 2009-cu il martın 6-dək saat 10:00-dan 17:30-dək Bakı şəhəri, Y.Səfərov küçəsi, 20 ünvanına müraciət edə bilərlər. Sənəd və təkliflər martın 6-dək saat 10:00-dan 17:30-dək qəbul olunur.
Təkliflərə Əmlakın İdarə Olunması üzrə Dövlət Komitəsinin binasında 2009-cu il martın onu saat 10:30-dan müsabiqə komissiyası tərəfindən baxılacaq
Yanvarın 31-nə olan rəsmi məzənnə 0,8067 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]