...

Bakı metropoliteni xüsusi elektrik avadanlıqlarının alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2009 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend / Bakı metropoliteni Elektrik Təminati Xidmətində olan avadanlıqların işinin etibarlığını artırmaq üçün xüsusi elektirik avadanlıqlarının alınması üzrə tender elan edib.

İddiaçılar tenderin iştirakçıları qismində 2009-cu il martın 12-si saat 17:00-dək Bakı metropliteninin Elektrik Təminatı Xidmətinə rəsmi müraciət və digər sənədləri təqdim etməlidirlər.

Tender təklifləri martın 25-i saat 17:00-dək qəbul olunacaq və martın 27-də açılacaq.

Bakı metropoliteni "İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasınadək üç aralıq stansiya ilə 1967-ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 20 stansiya).

Xəbər lenti

Xəbər lenti