...

Tbilisi aeroportu təyyarələri qəbul edə bilmədi.

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2009 17:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 fevral/ Trend N.Kirtsxaliya / Tbilisi aeroportu bu gecə ərzində təyyarələri qəbul edə bilməyib.

Tbilisi beynəlxalq aeroportundan verilən məlumata görə, Münhendəki təhlükəsizlik konfransında iştirak edən gürcü nümayəndə heyətinin olduğu Münhendən gələn avialayner də yerə enə bilməyib.    

Təyyarə Yerevanda yerə endirilib, sərnişinlər, həmçinin gürcü hökumət nazirlərinin Tbilisiyə avtobusla göndərilmələri təmin olunub.  

Tbilisi aeroportu Dnepropetrovskdan gələn reyslərin qəbulundan da imtina edib və bir neçə təyyarəni ölkə xaricinə göndərə bilməyib.

Bu artıq ay ərzində havaların pisləşməsi ilə əlaqədar ikinci belə hadisədir.

Xəbər lenti

Xəbər lenti