...

Gürcüstan Milli Bankının prezidenti Qiorqi Kadaqidze oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2009 16:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 fevral / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan Milli Bankının (GMB) prezidenti Qiorqi Kadaqidze oldu. Onun namizədliyi GMB Şurasının doqquz üzvü tərəfindən bəyənilib.
Konstitusiyaya əsasən GMB-nin prezidenti yalnız şura üzvlərindən seçilə bilər.

Gürcüstan prezidenti administrasiyasında bildiriblər ki, prezident Mixail Saakaşvili Kadaqidzenin Milli Banka prezident təyin olunması barədə əmri imzalayıb.
Çərşənbə günü Gürcüstan parlamenti də 86 səslə Qiorqi Kadaqidzenin namizədliyini dəstəkləyib.

2007-ci ilin noyabr ayında Kadaqidze GMB tərəfindən mərhum Badri Patarkatişviliyə məxsus "Standartbank"-ın müvəqqəti administrasiyasının rəhbəri təyin olunmuşdu. 2008-ci ilin aprelində isə Qiorqi Kadaqidze Gürcüstan Maliyyə Nəzarəti Agentliyinin rəhbəri vəzifəsinə təyinat alır.
Milli Bankın prezidenti vəzifəsi, Roman Qotsiridze "siyasi motivlər" əsasında 2007-ci ilin sentyabrında prezidenti vəzifəsini tərk etdikdən sonra vakant olaraq qalmışdır. Hazırda GMB-nin prezidenti səlahiyyətlərini David Amaqlobeli icra edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti