...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 14:24 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0004 bənd ucuzlaşıb (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80514 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 24-də 1 ABŞ dolları üçün 0,8053 manat, minimum isə 1 ABŞ dollarına 0,8048 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

16 fevral

0,8062

23 fevral

0,8052

17 fevral

0,8063

24 fevral

0,8053

18 fevral

0,8063

25 fevral

0,8048

19 fevral

0,8062

26 fevral

0,8052

20 fevral                       

0,8062

27 fevral                           

0,8052

Həftə ərzində orta  

0,80624

Həftə ərzində

orta

0,80514

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80498 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 23-də sövdələşmə 0,8052 AZN/USD məzənnəsi ilə $1,54 mln., fevralın 24-də 0,8053 AZN/USD məznnə ilə $5,74 mln., fevralın 25-də - 0,8053 AZN/USD məzənnəsi ilə $5,74 mln., fevralın 26-da - 0,8048 AZN/USD məzənnəsi ilə $0,69 mln.,  və fevralın 27-də - 0,8052 AZN/USD məzənnəsi ilə $5,16 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi  

16 fevral

0,8062

23 fevral

0,8052

17 fevral

0,8063

24 fevral

0,8053

18 fevral

0,8063

25 fevral

0,8048

19 fevral

0,8062

26 fevral

0,8048

20 fevral                           

0,8062

27 fevral                        

0,8052

Həftə ərzində orta

0,80624

Həftə ərzində orta  

0,80498

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti son ildə ən yüksək səviyyədə 25-26 manat səviyyəsində çox davam gətirmədi. Üç həftə öncə qiymətlərin kəskin artmasından sonra (67 faiz) vauçerlərin qiymətləri yenidən düşməyə başlayıb. Bütün həftə ərzində onlar sabit qalıb və 16 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti