...

ABŞ Azərbaycanla tərəfdaşlığa sadiqdir – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2009 19:38 (UTC +04:00)
ABŞ Azərbaycanla tərəfdaşlığa sadiqdir – səfir

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Bədəlova /ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Xəzər İnteqrasiya Biznes-Klubu ilə çərşənbə günü baş tutan görüşdə deyib ki, siyasi və iqtisadi qeyri-müəyyənlik dövründə ABŞ Azərbaycanla sıx tərəfdaşlığa sadiqdir.

"ABŞ-la Azərbaycan arasında olan iqtisadi əməkdaşlıq dərin köklərə malikdir", - Dersi deyib. 

Səfirin sözlərinə görə, iki ölkə arasında enerji sahəsində olan əməkdaşlıq tərəflərin Azərbaycan neftinin dünya bazarına çatdırılması istiqamətində gördüyü işlər hesabına davam edir.

"ABŞ və Azərbaycan arasında olan iqtisadi əməkdaşlıq iki vacib sferada cəmlənib", - Dersi bildirib.  

"Birincisi, bu bizim Azərbaycana müasir, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan neft sektorunun inkişafında və ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyasında davamlı yardımımızdır. İkincisi isə, bu sarsılmaz kommersiya əlaqələridir", - Dersi vurğulayıb.  

"Azərbaycan, iqtisadi islahatların sürətləndiyi bir vaxt qeyri-neft sektoru, azərbaycanlı iş adamları və eləcə də ABŞ sahibkarları üçün kommersiya imkanlarını genişləndirmək niyyətindədir", - Dersi əlavə edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti