...

Azərbaycanda yüksək texnologiyalı daxili pul bazarı təsis edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 mart / Trend /

"Azərbaycan banklarının yarıdan çoxu ölkənin pul bazarında fəal iştirak edir", - "Banklar və biznes" jurnalına müsahibəsində Bakı Banklararası Valyuta Birjasının (BBVB) rəhbəri Fərhad Əmirbəyov bildirib. 

"Azərbaycan bankları mütəşəkkil pul bazarında sövdələşmələrin ümumi həcmində əməliyyatlarını dinamik şəkildə artırır və dilerlərarası repo əməliyyatları üzrə ayda 60-70 milyon manat təşkil edir", - deyə Əmirbəyov bildirib.

Onun sözlərinə görə, bir sövdələşmənin orta qiyməti 1,5-2 milyon manat təşkil edir, ən böyük tələbat isə 60 günlük götürmələrədir.

"Bütün dünyada kredit faizləri artıb, borc alətləri isə imkansız olub. Bununla əlaqədar milli bazarın likvidliyinin saxlanılması və kommersiya banklarının təkrar maliyyələşdirilməsi sahəsində tənzimləyici imkanların genişləndirilməsi üçün bu gün yüksək likvidliyə malik pul bazarının yaradılması olduqca vacibdir", - deyə birja rəhbəri bildirib.

Əmirbəyov hesab edir ki, pul bazarının inkişafı kompleks qərarlar tələb edir, bunun üçün isə maraqlı tərəflərin sistemli şəkildə yanaşması vacibdir. Likvid pul bazarının mövcud olması fond bazarı üçün də şərait yaradır. 

Onun fikrincə, banklararası kredit bazarı pul bazarının dinamik şəkildə inkişaf edən seqmentlərindən biridir. Lakin Azərbaycanda daxili pul bazarının inkişafı üçün hər şeydən öncə xarici mənfi faktorların təsirini azalmaq lazımdır.

BVB kifayət qədər geniş alət seçiminin və bütün iştirakçılar üçün eyni qoşulma şərtlərinə malik yüksək texnologiyalı daxili pul bazarının formalaşdırılmasının astanasındadır.

Martın 9-a olan cari məzənnə 0,805 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti