...

İlin əvvəlindən Tükmənistana kapital qoyuluşu 2,7 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2009 14:09 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 09 mart / Trend , müxbir H.Həsənov /

Yanvar-fevral ayları ərzində Türkmənistana kapital qoyuluşu 2,7 dəfə, daxili ümumi məhsulun həcmi, xarici əmtəə dövriyyəsi 72,3 faizə qədər artıb, - rəsmi türkmən mənbəsindən məlumat verilir. Mənbədən deyilənə görə, artımın stabil tempi sənaye və digər sahələrdə də saxlanılır.

Makroiqtisadiyyat göstəriciləri lazımi səviyyədədir və Türkmənistan Orta Asiya ölkəsi kimi, qonşu ölkələrlə müqayisədə maliyyə böhranının nəticələrini çox zəif dərəcədə özündə əks etdirib.

Türkmənistan Xəzər regionunda əsas qaz tədarükçülərindən biridir. "Beynəlxalq bazarlarda ixrac məhsullarının ən vacib növlərinə tələbatın azalması səbəbindən onların qiymətlərinin aşağı düşməsi nəticəsində biz qazancın bir hissəsini itirmişik", - Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov bir neçə gün bundan qabaq bildirmişdi.

Eyni zamanda Türkmənistanın dövlət başçısı onu da əlavə edib ki, böyük əminliklə demək olar ki, Türkmənistan iqtisadiyyatın şaxələnməsi, istehsalın texniki təchizini özündə birləşdirən fəaliyyət sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi, yeni sahələrin yaradılması bir neçə il boyunca əsaslı surətdə düşünülmüş bazara daimi giriş proqramının həyat keçirilməsi yolunu tutub.

Məlum olduğu kimi, iqtisadi maliyyə böhranının mənfi təsir faktoru bir çox dünya ölkələrinin iqtisadiyyatında özünü biruzə verib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin çoxunda istehsal səviyyəsi aşağı enib, işsizlik günü-gündən artır, əhalinin həyat səviyyəsi aşağı enir. 

"Ölkənin keçmiş və hazırki başçısı kimi bildirirəm ki, ölkə iqtisadiyyatı üçün mövcud olan bütün risklərin qarşısını alır, yaranan vəziyyəti sistematik şəkildə analiz edirik, bir sözlə dövlətin iqtisadi vəziyyətini nəzarət altında saxlayırıq" , - qabaqlayıcı tədbirlər sayəsində iqtisadi böhranın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılmasının mümkün olduğunu qeyd edən Berdimuhəmmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti