...

ECO sammitində dövlətlərin nəqliyyat sahəsində əməkdaşlığının vacibliyi qeyd olunub – İranın XİN rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 13:31 (UTC +04:00)
ECO sammitində dövlətlərin nəqliyyat sahəsində əməkdaşlığının vacibliyi qeyd olunub – İranın XİN rəhbəri

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) iclasında Azərbaycan və İran arasında nəqliyyat əlaqələri, həmçinin Pakistana dəmir yollarının çəkilməsi məsələləri müzakirə olunub. İranın Press TV telekanalının yaydığı məlumata görə, bu barədə İranın xarici işlər naziri Manuçöhr Mottaki ECO sammitində bildirib.

"Biz ECO-ya üzv ölkələrin iştirakı ilə yaxın gləcəkdə bu layihələri reallaşdıra bilərik", - deyə Mottaki qeyd edib.

Sammitdə dəmir yollarının tikintisi çərçivəsində üç mühüm məsələ müzakirə olunub: İran və Türkiyə, Küveyt və Pakistan Taftanı arasında dəmir yolu şəbəkəsinin yaradılması, İran və Türkmənistan arasında dəmir yolu əlaqəsi üçün lazım olan İrandakı Saraxs stansiyasının nəql imkanlarının artırılması.

Mottakinin sözlərinə görə, Qırğızıstan, Tacikistan, Əfqanıstan və İrandan Çinə dəmir yolunun çəkilməsi məsələsi də müzakirə mövzusu olub. O bildirib ki, bu layihə ECO-ya üzv ölkələr tərəfindən təqdir olunub.

Mottaki deyib ki, sammitin yekununda sazişlər imzalanıb. Sənədlərə əsasən, ölkələr ticarət, nəqliyyat, energetika, turizm və kənd təsərrüfatı kimi əsas sahələrdə əməkdaşlığı davam etdirəcəklər.

İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası struktur kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın gücləndirilməsi üçün yaradılıb.

Azərbaycan ECO-ya rəsmi olaraq 1992-cü ildə qəbul olub. Elə həmin dövrdə Mərkəzi Asiya ölkələri də təşkilata daxil olublar. Hazırda Türkiyə, Azərbaycan, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənisan ECO-nun üzvləridir.

Xəbər lenti

Xəbər lenti