Azərbaycan, Bakı, 16 mart / Trend /
Azərbaycanın martın 29-da Bakıda keçiriləcək VI AutoShow Beynəlxalq Avtomobil Sərgisində 15 ölkədən 50 şirkət iştirak edəcək Bu barədə bazar ertəsi Iteca Caspian LLC - nin meneceri Babək Amaşov bildirib.
Onun sözlərinə görə, sərgi iştirakçıları arasında Rusiya, Almaniya, Türkiyə, İran, Çin, Belarus, Yaponiya, Rumıniya və s. ölkələrdən şirkətlər var. Sərgi çərçivəsində Opel Insignia avtomobilinin təqdimatı keçiriləcək, "Qaz" Qrupu Avtomobil Holdinqi isə Siber avtomobilinin ekspozisiyası ilə çıxış edəcək.
Sərginin təşkilatçıları Iteca Caspian LLC şirkəti və onun həmrakı - Britaniyanın ITE Group PLC sərgi şirkətidir. Azərbaycan Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondu sərgiyə rəsmi dəsdək göstərir.
Sərginin ekspozisiyası minik avtomobilləri, furqon və pikaplar, yük avtomobilləri, qoşulma vaqonları, kommunal texnika, ictimai nəqliyyat və sığortalama məhsul və xidmətlərini təqdim edəcək.
AzTexnika şirkəti ilk dəfə olaraq AutoShow sərgisində Amerikanın "MACK" özüboşaldan yük maşınlarını təqdim edəcək. "Russkiye avtobusı" şirkəti sərgi çərçivəsində şəhər üçün ən yeni KAVZ 4239 alçaq döşəmə avtobusunun təqdimatını keçirəcək.
AutoShow ilə bərabər üçüncü Azərbaycan Beynəlxalq Ehtiyat Hissələri, Aksesuarlar və Xidmət Avadanlıqları Sərgisi - AutoParts da keçiriləcək. Burada dünyanın aparıcı istehsalçılarından şinlərin geniş çeşidi və ilk dəfə olaraq kommersiya nəqliyyatı üçün portal avtoyuyucular təqdim olunacaq.
Hazırda dünyanın 12 ölkəsindən 20-dən çox iştirakçı qeydiyyata alınıb. Bunların arasında Yaponiya, İtaliya, Almaniya, Türkiyə, BƏƏ, İran, Çin, Rusiya, Belarus, Finlandiya, ABŞ, İsrail və s. dövlətlərin şirkətləri var. Bu il sərgidə ilk dəfə olaraq Hindistanın Garima Global istehsalçı - şirkəti və Rumıniyanın FLOWEY avtokosmetika şirkəti iştirak edəcək.
Sərgidə ilk dəfə olaraq Caspian Navtel şirkəti GPRS naviqasiya sistemlərini nümayiş etdirəcək. Sərgidə həmçinin kommersiya nəqliyyatının tüninqinə dair də təqdimat olacaq.
Sərgi çərçivəsində müxtəlif təqdimatlar, seminarlar keçiriləcək. "Kama Şİna" şirkəti ən yeni istehsalat texnologiyaları və şinlərin istifadəsinə dair seminar keçirəcək. Ziyarətçilər üçün isə müxtəlif müsabiqələr və lotereyalar, habelə mükafat olaraq təqdim olunacaq Sony firmasının DVD və MP3 - pleyerlri sərgini avtomobilsevərlər üçün əsl bayrama çevirəcək. Ziyarətçilərin arzularını nəzərə alaraq təşkilatçılar sərgilərin iş müddətinə şənbə və bazar günlərini də daxil ediblər.