...

Böyük Britaniya Azərbaycana yatırılan sərmayələrin həcminə görə liderliyi saxlamaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir N.İsmayılova /

"Böyük Britaniya Azərbaycana yatırılan sərmayələrin həcminə görə lider mövqeyini qorumaqda davam edir və fevralda onun xüsusi çəkisi xarici sərmayələrin ümumi həcminin 46,3 faizini təşkil edib", - bazar ertəsi Dövlət Statistika Komitəsindən məlumat verilib. Sərmayələrin həcmi 82,07 milyon manat təşkil edib.

Fevralda xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış sərmayələrin 94,5 faizi (167,6  mln. manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Fransa və Türkiyədən olan sərmayədarların payına düşür.

ABŞ sərmayələri 37,87 mln. manat (xüsusi çəkisi 21,4 faiz), yapon - 15,45 mln. manat (8,7 faiz), türk - 7,7 mln. manat (4,3 faiz), Norveç - 9,62 mln.  mln. manat (5,4 faiz), Fransa - 14,86 mln. manat  (8,4 faiz), Avstriya - 229 min. manat  (0,1 faiz), İsveç- 24,7 min. manat, Çexiya - 19,4 min. manat təşkil edib.

Beynəlxalq maliyyə institutlarından ən böyük - 7,56 mln. manat həcmində sərmayə xüsusi çəkisi 4,2 faiz olmaqla Dünya Bankı tərəfindən yatırılıb. Asiya İnkişaf Bankı fevral ayında Azərbaycanda reallaşdırılan layihələrə 663 min manat (xüsusi çəkisi 0,4 faiz), İslam İnkişaf Bankı - 853,7 min. manat (0,5 faiz), Küveyt İqtisadi İnkişaf Fondu - 460,4 min manat (0,3 faiz) vəsait yatırıb.

Martın 16-na rəsmi məzənnə 0,8045 AZN/USD təşkil edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti