Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" ilin sonuna kimi yığımları 10 milyon manata kimi artırmaq niyyətindədir. Bu barədə şirkətin idarə heyətinin sədri Vaqif Həsənov bildirib.
"Kapital həcmi bununla da məhdudlaşmayacaq, çünki şirkət 2008-ci ilə 5 milyon manat yığım proqnozlaşdırdığı halda, 7,6 milyon əldə edib", - deyə Həsənov bildirib.
Onun sözlərinə əsasən, "Qarant Sığorta" portfelində bank sığortasının payı 10 faiz təşkil edir, buna görə də şirkətə ötən ilin avqustundan etibarən bank kreditlərinin azaldılması, istehlak və avtomobil kreditlərinin dayandırılması ilə əlaqədar bazarda vəziyyətin pisləşməsi təsir göstərməyib. Ümumi portfeldə bank kreditlərinin az olması ilə əlaqədar sığorta şirkəti gərgin vəziyyətdən az ziyan çəkib.
"Qarant Sığorta" həmçinin ilin sonuna kimi hazırkı nizamnamə kapitalının dörd milyondan səkkiz milyona kimi artırılmasını planlaşdırır.
Nizamnamə kapitalının artırılması qazanc və səhmdarların sayəsində baş verəcək, - deyə Həsənov bildirib.
"Qarant Sığorta" şirkəti 2007-ci ilin noyabrında Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyəti istiqamətində lisenziya alıb. "Qarant Sığorta" ZQAN Holding-in tərkibinə daxildir. Şirkət sığortanın 18 könüllü və 4 məcburi növü üzrə xidmət göstərir.
Martın 16-a olan rəsmi məzənnə 0,8045 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]