...

Azərbaycan öz tələblərinin təxminən 80-90 faizini təmin edə bilər - iqtisad elmləri doktoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.İsmayılova /

"Azərbaycanda neft sektorunun inkişafı ölkənin qeyri-neft sektorunun sabit inkişafını dəstəkləyəcək", - iqtisad elmləri namizədi, bu yaxınlarda Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunmuş, professor Asəf Nadirov deyib.

"Neft sektorunun inkişafından əldə olunmuş gəlirlər ölkənin neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektoruna yönəldilir", - Nadirov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz tələblərinin təxminən 80-90 faizini təmin edə bilər. Ölkənin siyasəti, həmçinin yalnız kənd təsərrüfatının deyil, həm də emal sənayesinin də inkişafına yönəldilib.

Nümunə kimi o, Böyük Britaniya ilə Sumqayıtdakı kimya kompleksinin inkişafı üzrə imzalanmış müqavilənin, eləcə də Azərbaycanın turizmin inkişafı üçün malik olduğu potensialı göstərib.

"Ölkədə turizmin inkişafı yalnız istirahət deyil, həm də müalicə sahəsində - ölkənin mineral və şəfalı mənbələri çoxsaylı turistləri cəlb etmək imkanına malikdir", - Nadirov qeyd edib.

Nadirovun əsas elmi nailiyyətləri Azərbaycan iqtisadiyyatının kompleks inkişafı ilə bağlı dərin araşdırmalar aparılması, milli təsərrüfatın və onun aparıcı sahələrinin yüksək tempdə inkişafı ilə bağlı əsas istiqamətlərinin müəyyən edilməsi, hasilat qüvvələrinin rasional yerləşdirilməsi yollarının müəyyən edilməsi və ölkə regionlarının inkişaf etdirilməsindən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti