...

İsveçrə Özbəkistanın irriqasiya sisteminə dəstək məqsədilə qrant ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2009 17:56 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 24 mart / Trend , müxbir T.Jukov /

İsveçrə Federal Maliyyə İdarəsinin nümayəndə heyəti Özbəkistana səfər edib. Özbəkistan Maliyə Nazirlyindən Trend -a verilən xəbərə görə, nümayəndə heyətinə İsveçrə Federal Maliyə İdarəsinin direktoru Peter Siqentaler başçılıq edib. Səfər çərçivəsində Özbəkistanla İsveçrə hökumətləri arasında kənd təsərrüfatı müəssisələrinin inkişafı layihəsinə dəstək məqsədi ilə qrant ayrılması barədə razılaşma imzalanıb.

Əməkdaşlıq üzrə İsveçrə Bürosunun məlumatına əsasən, qrant 3,265 mln. İsveçrə frankı məbləğində olacaq. Qrant Özbəkistan Su İstifadəçiləri Assosasiyasının maddi cəhətdən güclənməsinə və suvarma texnologiyalarının yaxşılaşdırılmasına sərf olunacaq.

Sözügedən layihələr üzrə əlaqələndirməni Əməkdaşlıq üzrə İsveçrə Bürosu yerinə yetirəcək. Layihəyə Özbəkistanın kənd təsərrüfatı müəssisələrinin restrukturizasiyası agentliyi və Dünya Bankı tərəfindən yardım ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti