...

Çinin Özbəkistanla ticarət dövriyyəsi 1,6 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2009 13:00 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 27 mart / Trend müxbir T.Jukov/

2008-ci ilin yekunlarına əsasən Çin və Özbəkistanın ümumi ticarət dövriyyəsi 1,6 milyard dolları ötüb. Bu haqda cümə axşamı, Çin Xalq Respublikasının Daşkənddəki fövqəladə və səlahiyyətli səfiri Yuy Xuntszyun məlumat verib.

Özbəkistan Statistika Komitəsindən Trend Capıtal-a verilən məlumata görə, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 2007-ci ilə nisbətən 43,5 faiz artıb. Çin Özbəkistanın üçüncü ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu göstəriciyə görə Çin yalnız Rusiya və Ukraynadan geri qalır. Çinin Özbəkistanın ticarət dövriyyəsindəki payının həcmi 2008-ci ildə 6,8 faiz təşkil edib.

Səfir əməkdaşlığın spesifikliyinə toxunaraq qeyd edib ki, "o nəinki hazırki, həm də gələcək maraqlarla üst-üstə düşməli, həmçinin dünyada inkişafın qlobal tendensiyalarına uyğun olmalıdır. Burada söhbət çox vacib məsələdən, məsələn iqtisadi əməkdaşlıq və onun prioritetlərindən gedir. Onların içərisində həmçinin enerji daşıyıcıları və elektrik enerjisi də var", - Yuy Xuntszyun deyib.

Ən vacib prioritet təşkil edən layihələr içərisindən səfir Türkmənistan -Özbəkistan - Çin qaz kəməri və Çin-Qırğızıstan-Özbəkistan dəmir və avtomobil yollarının salınmasını qeyd edib. "Bəzi məsələlərin işlənməsi, bir sıra detallarda kompromisə nail olmaq və müvafiq kapital qoyuluşunu təmin etmək qalıb", - səfir bildirib.

"Böhranın ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa müəyyən dərəcədə təsir edəcəyi gözlənilir. Digər tərəfdən məhz böhran ölkələrimizi iqtisadi və sənaye strukturunun optimallaşdırılmasını sürətləndirməyə məcbur edir. Bu bizə ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq üçün yeni imkanlar və məkan verəcək", - Yuy Xuntszyun əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti