...

Azərbaycan beynəlxalq kafilik meyarlarını iki dəfə ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir N.İsmaylova /

Azərbaycan Milli Bankının (AMB) açıqladığı ödəmə balansına əsasən, ölkənin strateji xarici valyuta ehtiyatları 2,4 dəfə artaraq 2009-cu il 1 yanvar tarixinə 18 555,4 mln. dollar təşkil edib. Bu barədə AMB-dən çərşənbə günü bildiriblər. Bu vəsaitlərdən 11 219,2 mln. dollar Dövlət Neft Fondunun (ARDNF) aktivləri, 869  mln. dollar hökumət depozitləri, 6467,2 mln. dollar isə AMB-nin məcmu beynəlxalq aktivlərinin payına düşüb.

Bununla yanaşı, Milli Bankın sərəncamında olan valyuta ehtiyatları 6137 mln. dollar təşkil edib ki, bu da neft-qaz sektoru istisna olmaqla, 9,7 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə imkan verir. Bu, dünya təcrübəsində qəbul edilmiş beynəlxalq kafilik meyarını üç dəfə ötür.

Ödəmə balansına əsasən, ödənişlər və gəlir daxilolmaları üzrə ümumi dövriyyə 6,4 mln. dollar təşkil edib ki, bunun da 90,8 faizi (5,9 mln. dollar) respublikadan ödənişlərdir. Ödənişlərin əsas hissəsi (5 mlrd. dolları) ABƏŞ-in xarici sərmayədarlarının gəlirləri repatriasiya etməsi (neft vasitəsilə) vastisəilə həyata keçirilib. Qeyri-rezidentlərin əmək haqqı ödənişlərinə 168,3 mln. dollar düşür, neft-qaz sektoru da daxil olmaqla, istifadə edilmiş kreditlər üzrə faizlər 280,5 mln. dollar təşkil edir.

Ölkəyə daxilolmalar 2007-ci ilin analoji dövrü ilə müqayisədə 81,5 faiz artaraq 595,1 mln. dollar təşkil edib. Bunlardan ARDNF-in vəsaitlərinin idarə edilməsi ilə bağlı əlavə edilmiş faizlərin payına 283,9 mln. dollar, AMB-nin valyuta ehtiyatlarının patına 163,4 mln. dollar, bankların xaricdə yerləşdirilmiş aktivlərinin payına isə 26,2 mln. dollar düşür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan -  [email protected]

Xəbər lenti

Xəbər lenti