...

Bank of Baku yeni kredit kampaniyasını reallaşdırmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend /

Bank of Baku "Bahar Kampaniyası" adlı yeni kredit kampaniyasını reallaşdırmağa başlayıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında bildirilir.

Kampaniyanın şərtlərinə görə, kredit kampaniyasında bankın şərti tərəfdaşı olan şirkət və müəsissələrin yaşı 20-dən son ödəniş tarixinədək 65 olan, cari krediti olmayan əməkdaşları iştirak edirlər.

Kredit xəttinin minimal məbləği 150 dollardır. Kreditin maksimal məbləği isə müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsindən sonra iş yerindən təqdim olunan arayışda qeyd edilən məbləğə bərabər ola bilər. Kreditin maksimal məbləği 3000 dollar həddində müəyyən edilib. Əgər verilən kreditin məbləği 1250 dollardan artıqdırsa üçüncü şəxsin zaminliyi vacibdir. Kreditin verilməsi üçün vətəndaşın şəxsiyyətini təsdiq edən sənədi və iş yerindən arayışı tələb olunur. Kredit 6 ay müddətinə verilir. Kampaniya cari ilin iyunun 16-dək davam edəcək.

"Bahar Kampaniyası"nın kredit kartları geniş imkanlar yaradan və dünyada ən məşhur olan Master Card Standard klassik kartlarıdır.

Əlavə məlumat üçün bankın Məlumat Mərkəzinə 145 nömrəli telefon vasitəsilə müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti