...

Qazaxıstanda orta və böyük müəssisələrdə işdən qovulanların sayı işə götürülənlərin sayından çoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 12:39 (UTC +04:00)

Qazaxıstan, Astana, 02 aprel / Trend , müxbir K.Arınova /

"Qazaxıstanda orta və böyük müəssisələrdə işdən qovulanların sayı işə götürülənlərin sayını ötüb", - QR-in statistika agentliyi xəbər verir.

"Operativ monitorinqin nəticələrinə görə, orta və böyük müəssisələr və təşkilatlara bu ilin fevralında işə götürülənlərin sayı 58,3 min nəfər (işçilərin ay üzrə orta siyahı sayının 2,0%-i), müxtəlif səbəblərdən işdən çıxanların sayı isə - 60,9 min nəfər (2,1%) olub", - agentliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qurumun məlumatına görə, işdən çıxan işçilərdən öz istəyi ilə qovulanların sayı 74,7%, işçi personalın ixtisarı üzündən - 5,7%, başqa səbəblərdən - 19,6% olub.

"İşçi qüvvəsinin hərəkətə intensivliyinin qiymətləndirilməsi nisbi göstəricilər vasitəsilə aparılır. Fevralda işə qəbul əmsalı dövriyyəsi 2,0%, qovulma üzrə dövriyyə - 2,1%, kadrların axını - 1,6% olub. Fevralda işdən çıxarılan işçilərin 95,7%-nin yerinə yeni kardlar götürülüb", - press-relizdə bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti