...

Azərbaycan bankı böyük layihələrin kreditləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir N.İsmayılova /

2008-ci ilin sonunda Milli Bankdan alınmış lisenziya əsasında ölkənin bank bazarına çıxan Azfinansbank böyük istiqrazların verilməsi ilə kredit fəaliyyətinə başlamaq niyyətindədir. Bu barədə cümə axşamı Bankın Nəzarət Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

"Bankın strateji planına uyğun olaraq istehlak kreditlərinin verilməsi hələ nəzərdə tutulmur. Hazırda orta və iri sahibkarlığın kreditləşdirilməsi, həmçinin bankın korporativ müştəriləri ilə işlər üzrə böyük layihələrin həyata keçirilməsi planlaşdırılır", - deyə Məmmədxanlı bildirib. 

Onun sözlərinə əsasən, Azfinansbank-ın hər hansı bir filialında gələcək istehlak kreditlərinin verilməsinə başlanması üçün şərait yaradılması, həmçinin bu bank tərəfindən yeni məhsullar yaradılması imkanları var.

"Bank may və iyun ayından sonra kreditlərin verilməsinə başlayacaq", - Məmmədxanlı bildirib.

Kreditləşdirmədə əmanətçilər, gəlirlər və bankın kapitalı hesabına əldə edilmiş vəsaitlər istifadə olunacaq.

Azfinansbank10 milyon manat nizamnamə kapitalı ilə yaradılıb.

Aprelin 02-nə olan cari məzənnə 0,8029 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti