...

Bakıda "Litva Ticarət Evi" açılacaq - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 14:06 (UTC +04:00)
Bakıda "Litva Ticarət Evi" açılacaq - səfir

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir N.Abdullayeva /

Litvanın xarici işlər naziri (XİN) Viqaudas Uşatskas Bakıda "Litva Ticarət Evi"nin açılış mərasimində iştirak edəcək", - cümə günü Trend -a bu ölkənin Azərbaycandakı səfiri Ketsutis Kudzmanas deyib.

"Uşatskasın aprelin 7-8-də baş tutacaq rəsmi səfəri zamanı "Litva Ticarət Evi"nin rəsmi açılış mərasimi nəzərdə tutulub", - Kudzmanas bildirib.

"Uşatskasın Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov, parlament üzvləri, energetika naziri Natiq Əliyevlə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək", - Kudzmanas deyib.

"Uşatskasın səfəri çərçivəsində Azərbaycan-Litva biznes forumu təşkil ediləcək. Bakıya səfəri zamanı XİN rəhbərini müşayiət edəcək nümayəndə heyətinə nazirlik və qurumların, həmçinin Litvanın aparıcı şirkətlərinin nümayəndələri də daxil olacaq", - bir müddət əvvəl səfir məlumat vermişdi.

Əvvəlki Azərbaycan-Litva biznes forumu 2007-ci il sentyabrın 13-də Vülnüsdə keçirilib. Rəsmi açılışda iki ölkə sahibkarları ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyev və Litva prezidenti Valdas Adamkus iştirak edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan və Litva arasında ticarət dövriyyəsi 2008-ci ildə 193 milyon dollar təşkil edib. Bundan 161 milyon dolları Azərbaycandan Litvaya mal ixracının, 31,83 milyon dolları isə Azərbaycanın Litvadan mal idxalının payına düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti