...

Azərbaycan Gürcüstanda ölkənin turizm imkanlarını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 15:42 (UTC +04:00)
Azərbaycan Gürcüstanda ölkənin turizm imkanlarını təqdim edir

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının sədri Nahid Bağırovun cümə günü sərginin gedişatında dediyinə əsasən, Tbilisidə keçirilən XII Beynəlxalq Turizm Sərgisində Azərbaycanın turizm imkanlarını 11 şirkət təmsil edir. 

"Azərbaycan turizm şirkətləri Gürcüstan operatorlarına Aleksandr Dümanın qət etdiyi "İpək yolu", "Şərab yolu" və digər turları təqdim edir", - Bağırov deyib.

Onun sözlərinə əsasən, sərgidə Qız qalasına səyahət imkanları da qeyd olunub. Ölkənin diqqətəlayiq yerlərinə səyahət bir nəfərə 320 dollara başa gələcək.

"Hazırda Turizm Şirkətləri Assosiasiyası Gürcüstan həmkarları ilə birgə turların keçirilməsini müzakirə edirlər - üç gün Azərbaycanda və üç gün Gürcüstanda olmaqla", - Bağırov qeyd edib.

Onun sözlərinə əsasən, birgə turların keçirilməsi hər iki ölkəyə turist axınına təkan verəcək. 

Bağırova görə, hazırda Acariyadan Azərbaycan tur-operatorları üçün sifarişlər qəbul edilib. Sifarişə uyğun olaraq Azərbaycan vətəndaşları yay aylarında Qara dəniz sahillərində istirahət edə bilərlər.

Azərbaycanda cəmi 201 turizm şirkəti fəaliyyət göstərir.

Azərbaycan Turizm Şirkətləri Assosiasiyası 2009-cu ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təsis edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti