...

G20 sammiti maliyyə sektoruna dəstək məsələsinin öhdəsindən gələ bilmədi – ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 17:33 (UTC +04:00)
G20 sammiti maliyyə sektoruna dəstək məsələsinin öhdəsindən gələ bilmədi – ekspertlər

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir A.Bədəlova /  

Londonda keçirilən "Böyük iyirmilik" (G20) sammiti maliyyə böhranının fəsadlarının aradan qaldırılması yollarının növbəti anonsu ilə başa çataraq tərəfləri tam razı salıb.

"Sammit öncəsi tərəflər arasında olan ziddiyyətlər tam aradan qaldırılıb və G20 liderləri qarşılıqlı güzəştlərə hazır olduqlarını nümayiş etdirdilər. G20 sammiti gözlənilənləri üstələdi", - Fransa Prezidenti Nikola Sarkozi bəyan edib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə əsasən, onun ölkəsi sammitdə qəbul edilən tədbirləri alqışlayır. "Biz maliyyə böhranının aradan qaldırılması üçün G20-nin qəbul etdiyi tədbirlərin tezliklə həyata keçirilməsini istəyirik", - Ərdoğan deyib.

Rusiya Prezidenti Dmitri Medvedyev də sammiti müsbət qiymətləndirib. Onun sözlərinə əsasən, hazırki sammit keçən səfərki ilə müqayisədə irəliyə addımdır. "Hazırda biz 4-5 il öncə yaranmış boşluqları doldurduğumuzdan böhrandan çıxış da uzun sürəcək", - Medvedev deyib.

İştirakçılardan fərqli olapraq ekspertlər sammitin nəticələrindən razı qalmayıblar.

İqtisadi araşdırmalar üzrə Capital Economics Britaniya konsaltinq şirkətinin baş beynəlxalq eksperti Culian Cessopun fikrincə, qlobal maliyyə stimulu üçün yeni təməlin qoyulması baxımından London sammiti iflasa uğradı.

"Xəzinə siyasəti ilə bağlı yeni bir şey deyilmədi. Sadəcə öncələr qeyd olunmuş ölçülərin qısa məzmunu sadalandı", -  Cessop Trend -a deyib.    

Bundan əlavə onun fikrincə, qlobal maliyyə sisteminin islahatına dair ümumi razılaşma da yoxdur.

Britaniyalı ekspertə görə, bunlara baxmayaraq Beynəlxalq Valyuta Fondunun maliyyələşdirilməsi barədə razılıq müsbət addımdır.

İqtisadi problemlərin həllinə G20 ölkələri 5 trilyon dollar yönəldəcəklər və bunun 1,1 trilyon dolları Beynəlxalq Valyuta Fondu (BVF) üçün nəzərdə tutulub.

London sammit iştirakçıları BVF-nin öz üzv-ölkələrinin kreditləşməsini artırmaq üçün fondun imkanlarını artırmağa çağırıb. "Fondun imkanlarının artırılması beynəlxalq ictimaiyyətin kasıb ölkələrə yardım etməyə hazır olduğunun göstəricisidir", - BVF-nin paylayıcı-direktoru Dominik Stross-Kan qeyd edib.

BVF-nin resurslarının artması Ən çox iqtisadiyyatı hələ inkişaf etməkdə olan dövlətlərə kömək edəcək.

G20 ölkələri BVF-nin maliyyələşdirilməsini 500 milyard dollaradək artırmaq qərarına gəliblər. Bu məbləğin 100 milyardı Dünya Bankına çatacaq. "BVF maliyyə sıxıntısı ilə üzləşən ölkələrə yardım etmək üçün 250 milyard dollara malikdir. Belə olduqda fondun resursları 3 dəfə artacaq", - Cessop deyib.

Amerika Dövlət Universitetinin professoru Boyd Kolyerin fikrincə, "böyük iyirmilik" ölkələrinin liderləri tərəfindən qlobal böhranla bağlı görülən tədbirlər çox zəifdir. Onun fikrincə, ən uğurlu addım iqtisadi milliyətçilikdən imtina etməkdir. Çünki yalnız "öz iqtisadiyyatımı qoruyum" prinsipi başa düşülsə də, acı nəticələr gətirir.

Aprelin 2-də sona çatmış G20 sammiti nəticəsində ümumi vəziyyəti əks etdirən 6 müddəadan ibarət kommunike qəbul edilib: BVF resurslarının artırılması; "vergi oazisləri" ilə mübarizə; şirkət və bank menecmentlərinə bonus ödənişlərinin verilməsinin tənzimlənməsi; konyunktur tədbirlərin milli paketləri; maliyyə bazarlarına nəzarətin gücləndirilməsi və milli iqtisadiyyatların gücləndirilməsi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti