...

Standard Capital broker xidmətləri bazarında liderliyini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend /

"2009-cu ilin mart ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) BFB-nin analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Standard Capital" başçılıq edir. Şirkət 2 müştəriyə ümumi dəyəri 39,6 milyon AZN olan broker xidmətləri göstərib", - Bakı Fond Birjasının məlumatında deyilir.

İkinci yeri bir müştəriyə ümumi həcmi 20, 2 milyon AZN olan broker xidmətləri göstərmiş "UniCapital" tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 19 448 231,50 AZN azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 10,4 milyon AZN-lə "Yapi Kredi Invest" qərarlaşıb.

Mart ayında brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə düşüb. Belə ki, fevral ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 52,1 milyon AZN təşkil edib. Bundan başqa, bu ilin fevral ayında dövlət qiymətli kağızlar sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 8-ə düşüb.

2009-cu il mart ayı üzrə DQK bazarında göstərilmiş

xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin

sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 (-)

1

"Standard Capital" MMC

13

2

39,577,660.20

2 (-)

2

"Unicapital" ASC

10

1

20,129,428.70

3 (-)

3

"Yapi Kredi Invest" MMC

6

1

10,425,625.02

4 (-)

4

"Brokdil-Az" MMC

7

1

10,378,100.16

5 (-)

5

"BoB Broker" MMC

5

1

8,358,926.22

6 (▲)

8

"Texnika Kapital Menecment" MMC

9

2

6,824,666.04

7 (▼)

6

"Respublika İnvest" MMC

3

3

4,310,632.20

8 (▼)

7

"Azərintertreyd" MMC

6

3

3,596,056.74

Aprelin 03-nə olan olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti